Bəşərin qibləgahı - İlk Allah evi Kəbə haqqında bu günə qədər bilmədiyiniz və eşitmədikləriniz
Bizim əhvalatımız Məkkə şəhəri ilə birlikdə başlayır. Deyilənə görə Adəm və Həvva cənnətdən qovulandan sonra bir-birlərindən ayrı düşdülər.
Həvva Məkkə şəhərinin yaxınlığında, Adəm isə Uzaq Şərqin hansısa bir bölgəsində məskən salır. Uzun illər bir-birlərini axtardıqdan sonra Adəm nəhayət Ərəbistan yarımadasından Məkkəyə yol tapmağı bacarır. Məkkə şəhərindən kənarda - Ərəfat dağının zirvəsində dünyanın ilk insanları bir-birlərinə qovuşurlar. Məkkə həm də ona görə müqqəddəsdir ki, dünyada Uca Yaradana ilk ibadət olunan bir məkandır. Həm də ona görə müqəddəsdir ki, bu yer İbrahim peyğəmbərlə (ə) İsmayıllın (ə) Allaha ilk ibadət binasını inşa etdikləri yerdir. Bunun şərəfinə Uca Yaradan mələklərə də eyni formada cənnətdə bina yaradıb. Deyilir ki, hər gün 70 min mələk Məkkəyə gələr və ibadət edərlər. Həzrəti İbrahimlə İsmayıl o müqəddəs evi inşa edərkən bir kərpicin yeri boş qalar. Onda İbrahim (ə)oğlu İsmayılı(ə) həmin boş yer üçün unikal bir daş tapmağa göndərər. Amma Uca Yaradan o sonuncu daşın Yer kürəsindən olmasını istəməz. Düz Cənnətin ürəyindən bir daşı ora yollayar. Həzrəti Cəbrayıl daşı İbrahimə(ə) gətirər, o Həzrət isə onu yerinə düzgün yerləşdirər. Deyilir ki, o daş ilk öncə ağ rəngdə olub. Amma Yer kürəsinin natəmizliyi və Günəş şüalarının təsirindən tədricən rəngini itirmiş və ən nəhayət qara rəngə çevrilmişdir. Zaman keçmiş, Məkkə şəhəri də inkişaf etmiş və yer üzündə tövhidin mərkəzinə çevrilmişdir. Qonşu Misirdə, Mesapatomiya və Kənanda əsrlər boyunca bütpərəstliyin davam etməsinə rəğmən, Məkkədə tək Allaha sitayiş qalmaqda idi. Lakin bu vəziyyət Xəzai qəbiləsinin böyüklərindən olan tacir Əmr ibn Luhayyin kənar yerlərə səyahəti ilə dəyişildi. O şimala doğru hərəkət edərək, Kənan torpağına gəldi. O bu yerlərdə sənət adı ilə təqdim olunan nəhəng heykəltaraşlığa şahid olur. Təbii ki, sənətkarlığla yanaşı, bütlərə ibadət forması da diqqətini cəlb etdir. O bundan o qədər təsirləndi ki, geriyə qayıdan zaman bəzi bütlərdən özü ilə aparmaq üçün icazə istədi. Yerli xalq razılaşdı. Əmr həmin bütləri də öz karvanında ticarət mallarının arasına yerləşdirir. Sonra o cənuba, öz şəhəri Məkkəyə doğru yola çıxdı. Əmr evinə qayıdan kimi həmin heykəli müqəddəs məkanın qarşısına yerləşdirdi. İnsanlara daha ibadət edəcəkləri Tanrının bu olacağını söylədi. Təəssüf ki, onun tayfasında nüfuz sahibi olması bu işə rəvac verməsinə şərait yaradır və onun dedikləri etirazla qarşılanmır. Zaman keçdikcə insanlar nəinki bunu qəbul etdilər, hətta Məkkənin ətrafında bu cür bütlərin sayını artırdılar. Artıq altıncı əsrin sonlarında Məkkənin ətrafını 360-dan çox müxtəlif bütlər əhatələmişdilər. İllər keçdikcə bütpərəstlik Yer Kürəsində ən yayılmış bir dinə çevrildi. Lakin Tək Allaha inanan insanlar isə yeni bir peyğəmbərin gəlişini gözləyirdilər. Bəziləri hətta müqəddəs mətnlərdən bilgilər əldə edir, böyük həsrətlə sonuncu peyğəmbərin həsrətin çəkirdilər. Artıq çoxları bu nəticəyə gəlmişdilər ki, Ərəb yarımadası Allahın yeni peyğəmbəri göndərəcəyi məkan olacaq. Dövrün ən böyük dövlətləri Roma və Fars imperiyaları idi. İki imperiyanın sıxışdırdığı Ərəbistan tayfa qaydaları ilə idarə olunur və bütpərəstliyə inanırdılar. Mərkəzi hökumət yox idi. Zaman keçdikcə daha çox və daha çox insan bu əraziyə köç edir, sonuncu peyğəmbərin gəlişini gözləməyə başlayırdılar. Nəhayət İslamın zühuru ilə, Uca Yaradan ilk insanların qovuşduğu məkana, Allaha ilk ibadət evinin tikildiyi əraziyə Öz sonuncu peyğəmbərini göndərir. Oxşar xəbərlər
|