Kamalı səadətdən ayırmaq olarmı?
Mьəllif: admin1
Tarix: 20-07-2022, 10:59
Kamalı səadətdən ayırmaq olarmı?
İslam fəlsəfəsində kamal və səadət mövzuları bəyan edilir. Məsələn, “İşarət” kitabında bu mövzuya işarə edilmiş və bu haqda nəzərlər təqdim edilmişdir.

Burada təqdim edilən əqidəyə görə, kamalı səadətdən və səadəti kamaldan ayırmaq olmaz. Hər bir kamal – bir növ səadətdir.

Ancaq Qərb alimləri bu fikirdə deyildir. Belə ki, Kant deyir ki, kamal bir şeydir, səadət başqa şeydir. Ancaq sonra özü də etiraf edir ki, necə gözəlliyi əxlaqdan ayırmaq olar? O halda ki, bütün dünya fəlsəfəsi deyir ki, əxlaq səadətə səbəb olar.

Misal üçün, Fərabi səadət haqqında çox bəhs etmişdir. Bu haqda çoxlu kitablar yazmışdır. O, buyurmuşdur ki, səadət – əxlaqın sütunudur. Ancaq Kant deyir ki, əxlaqın səadətlə heç bir işi yoxdur.

İşi ancaq kamalladır. Sonra özü-özünə etiraz edərək deyir ki, əgər səadəti əxlaqdan ayırsaq, əxlaqın işi çox çətin olacaqdır. Ancaq deyir ki, çətin olsa da, insan səadət deyil, kamal yolunu seçməlidir.

Kanta belə sual vermək lazımdır ki, o insan ki, mələkuti-əlaya düşür, o, səadətlidir, yoxsa bədbəxtdir? O kamal ki, insanı bu mələkut aləminə çatdırar, səadətə də çatdırır, yoxsa yox? Əlbəttə, çarəsiz qalıb deyər ki, bəli, səadətə də çatdırar.

Ancaq onun nəzərdə tutduğu səadət – maddi səadətdir, mənəvi deyil. Həqiqətdə əgər bunu dərk etsə, heç bir zaman kamalı səadətdən ayırmazdı. O, da “İşarət” kitabının müəllifi kimi deyərdi ki, səadət və kamal ayrılmazdırlar.

Hər bir halda Kant kamal ilə səadəti heç cür bir-birindən ayıra bilmədi. Çünki söylədiklərini isbat edə bilmədi.

Bunun da səbəbi odur ki, onun səadət deyə nəzərdə tutduğu şey – maddi və hissi bir şey idi.

Beləliklə deyə bilərik ki, İslami fəlsəfənin nəzərinə görə, kamal ilə səadət bir-birindən ayrılmazdırlar. O şey ki, kamaldır – səadətə çatdırar. O şey ki, səadətdir – kamala səbəb olar.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930