Əzəmətli əxlaq ustadı Əllamə Təbətəbaidən həyatınızı dəyişəcək nəsihət
Mьəllif: admin1
Tarix: 4-10-2023, 10:15
Əzəmətli əxlaq ustadı Əllamə Təbətəbaidən həyatınızı dəyişəcək nəsihət
Əllamə Təbatəbai İslam ələminin böyük arif və filosofu, təfsir-Mizanın müəllifidir. Təbrizdə dünyaya göz açan alim İmam Həsənə (ə) yetişən Təbatəbailər nəslinin görkəmli nümayəndələrindəndir.

Mərhum Əllamə müfəssir olmaqla yanaşı həmçinin böyük əxlaq sahibi bir arif kimidə məşhurdur. Böyük ustad insan əxlaqını, insanın nəfsi islahını hər şeydən önəmli bilir və bunu insanın ən vacib vəzifəsi hesab edir və buyurur:

“Bizim özünü tanımadan mühüm bir vəzifəmiz yoxdur”. Yəni insanın bu dünyada ən mühüm vəzifəsini özünü tanıması, öz həqiqətini dərk etməsidir.

Əgər insan özünü tanıyarsa, özünə agah olarsa bilavasitə Rəbbini tanıyar. Rəbbini tanımayan özünü tanımamışdır deməkdir!

Mərhum Əllamə insanın özünü tanıması və bu barədə nə etmək lazım olması barədə mühüm bir tövsiyə və göstəriş buyurub:

“Gecədə və gündüzdə özü ilə hesablaşmaq üçün bir vaxt ayırın. Baxın ki, 24 saat ərzində sizdən nələr baş verib. Özünüzlə hesab çəkin.

Necəki bir tacır, bir işçi gün ərzində öz gəlir-çıxarını hesablayır, siz də eləcə dəqiq hesab aparın. Görün keçən gecə-gündüzdə sizdən hansı əməl baş verib və nə danışmısız.

Bir-bir əməl, rəftar və sözlərinizi nəzərdən keçirin. Dürüst olmayan əməl ə sözlərinizə görə tövbə edin və bir daha baş verməməsi üçün səy edin.

Ləyaqətli, saleh və ağlın hökmünə uyğun olanlara görə Allaha şükr edin.

Belə etsəniz tədricən ilahi əxlaqa yiyələnəcəksiniz.”

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031