Bir dəqiqə sükut əvəzinə bir salavat
Ölənlərimizin, şəhidlərimizin ruhuna xatir bir dəqiqə sükut etdikdə nə düşünür insanlar? Görəsən onlara xatir nə isə edə bilirikmi? Dünyasını dəyişən insanların sükuta, yoxsa dua və yaxud salavata ehtiyacı var?
Böyüklərimizin, alimlərimizin bizlərə nəsihəti çox vaxt həyat bələdçisi olur. Və bu dəyərli nəsihətlərdən, eşitiklərimiz, oxuyarkən qarşılaşdığımız Allah kəlmələrinin, duaların insan üçün həm bu dünyada, həm də axirətdə böyük köməyi olur. İnsan dünyasını dəyişəndə qaranlıq və nabələd yollardan, əməllərinin qarşılığından keçməli olur. Oxunan Quran ayələrinin qaranlıq yollara nur salması bəllidir. Bir salavat göndərilən zaman ölünün qəbrinə nur saçaraq onun evini işıqlandırır. Bir anlıq təsəvvür edək ki, biz qaranlıq bir meşədəyik. Yanımızda heç kəs yoxdur. Yolumuzu da azmışıq. Bu vaxt: “Allahummə salli alə Muhəmmədin və əli-Muhəmməd” kəlamının, salavatın gücünə meşə işıqlanır və sənin qarşına bir cığır çıxır. O cığır səni mənzil başına çatdırır. İnsan sükut etməyi ilə hörmət əlamətini büruzə edir. Lakin ən xeyirlisi, salavat və ya Həmd surəni heç olmasa bir dəfə oxumaqla ruhu bədənini tərk etmiş ölüləri sevindirmək olar. Deyerler.org Oxşar xəbərlər
|