“Allah bətnlərdə olanı bilir!” – Bu bilməklik hansı formadadır?
Dinin hədəfi ilk öncə Mütəal Allahın tanınması, bununla yanaşı insanın hidayətidir. Qurani Kərim bir çox yerdə Allah Təala barəsində insanlara bilgi bəxş edir:
“O Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O rəhmlidir, mərhəmətlidir!” (Həşr-22) Mütəal Allah Quranda insanların dərk etməsi üçün bir çox adlarla vəsf edilir. Bu adlardan biri də Alim adıdır. Yəni hər şeyi bilən Allah! Laoğman surəsində (34) Alahın saatı (qiyaməti) və bətlərdə formalaşan uşağın kimliyini bilməsi qeyd olunur: “Həqiqətən, o saatı (qiyaməti) ancaq Allah bilir. Yağışı göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə kəsb edəcəyini, harada öləcəyini bilməz. Allah isə şübhəsiz ki,biləndir, (hər şeydən) xəbərdardır!" Bütün bunlar Mütaəl Allahın qüdrət nişanələrini tanıtan ayələrdir. “Hawzahnews” agentliyi Ayətullah Seyyid Sistaninin dəftərxanasına Allahın bətnlərdə olanı bilməsi, bu bilmənin bizim bilməmizlə (qız, oğlan) olan fərqi barədə sual ünvanlayıb. Cavab: Bu gün insanlar da elmin inkişafı sayəsində bətnlərdə olandan xəbərləri var. Lakin bu məhdud bir səviyyədədir. Biz ancaq formalaşan insanın qız və ya oğlan olduğunu bilə bilirik. Hətta bəzən bu barədə səhvə də yol veririk. Ayədə qeyd olunan bilməklik isə bizim bildiklərimizdən daha geniş formadadır. Beləki Allahu Təala bətndə olanın qız və ya oğıan olmasını, yaxşı və ya pis olacağını, bədbəxt və ya xoşbəxt olacağını, xasiyyətini, son aqibətini, bütünlükdə hər şeyi. Ayə ümumi, mütləq bilgidən söhbət açır, nəinki hər hansı müəyyən bir zaman aid olur. Allahın elmi insanın əldə etdiyi elmə bənzəməz. Ayədəki bilmək mənası insanın gələcəyini də əhatə edir. Oxşar xəbərlər
|