Allah insanı necə tərbiyə edir?
Mьəllif: admin1
Tarix: 23-07-2021, 23:24
Allah insanı necə tərbiyə edir?

Allah bəndələrini sevdiyi üçün, onları xəlq etdiyi gündən bəri tərbiyə edir. Allah insanları iki cür tərbiyə edir.

1. Batini ağıl vermək və zahiri rəsullar göndərməklə hidayət yolunu göstərir və günahlardan çəkinməyi əmr edir.

Həzrət Peyğəmbər (s) Allah tərəfindən tərbiyə almış bir insan olmuşdur. Allah da onu, tərbiyəsinə görə ən üstün insan adlandırmışdır. Peyğəmbərimiz (s) isə İmam Əlini (ə) tərbiyə etmişdir.

Ona görə də Həzrət (s) buyurardı: “Mən Allah tərəfindən tərbiyə görmüş, Əli (ə) isə mənim tərəfimdən tərbiyə olunmuşdur”.

Əgər insan batini səsə və zahiri peyğəmbərlərə qulaq verməsə, yolunu azacaqdır. “Biz ən böyük əzabdan (axirət əzabından) öncə onlara mütləq ən yaxın əzabı (dünya əzabını – qıtlıq, xəstəlik, məğlubiyyət və sairə) daddıracağıq, bəlkə (düz yola) qayıdalar!”. (“Səcdə” 21).

2. İkinci tərbiyə üsulu – nəsihət vermək və axirətdə cəzalanacağı ilə qorxutmaqdır. Çox təəssüf ki, insanlar bu ikinci üsula çox da əhəmiyyət vermir və şeytanın (lən) vəsvəsələrinə uyurlar. Əlbəttə, bu insanlar üçün bəzən tərbiyə bəla şəklində nazil olur. Belə olan zaman insan islah olur və doğru yola qayıdır.

Bu cür tərbiyədə sadəcə qorxu vardır və Allaha iman çox aşağı həddədir. Məkkə müşriklərinin iman gətirməsi kimi. Onlar canlarının qorxusundan dildə iman gətirdiklərini söyləsələr də, qəlblərində bu dediklərini inkar edirdilər.

Ona görə də Qurani-Kərim onlar barəsində buyurur: “Yoxsa onlara (əzab) mələklərin(in) gəlməsini, ya Rəbbinin (Onun rübubiyyətinin bütün nişanələrinin – Qiyəmətin) gəlməsini, ya Rəbbinin (ölümün əlamətlərindən ibarət) bəzi nişanələrinin gəlməsini gözləyirlər?

Rəbbinin bəzi nişanələrinin gələcəyi gün, ondan əvvəl imanı olmayan və ya iman halında bir şey əldə etməmiş şəxsə iman gətirməsinin bir xeyri olmayacaqdır (o, birinci halda kafir, ikinci halda isə itaətsiz günahkar halda dünyadan köçəcəkdir). De: «(Əzabın gəlməsini) gözləyin ki, biz də gözləyirik»”. (“Ənam” 158).

İmam Səccad (ə) Əbu Həmzə duasında buyurur: “Məbudum! Məni əzabınla ədəbləndirmə! Günahlarıma görə hiylənlə qəflətə salma!”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930