Hər kim möminin qəmini aradan aparar, Allah Qiyamət günü qəlbindəki qəmi aradan aparar – İmam Rzanın (ə) buyuruşları
Həzrət İmam Rza (ə) nəbəvi məktəbinin bir nümayəndəsi kimi insan tərbiyəsində böyük rola malik olmuşdur.
Onun bizə qoyub getdiyi nəsihətlər və moizələr hər birimiz üçün insanlıq dərsidir. Hər kim bu nəsihətlərə qulaq veridiqqət edib, əməl edərsə ubudiyyətin yüksək mərtəbələrinə çatmaq şansını artırar. Bəs İmam (ə) bizə hansı dərsləri vermişdir? 1. Saleh əməl sayəsində Əhli-Beytə (ə) dostluğunu nümayiş etdirmək. İmam Rza (ə) buyurur: “Məbada, yaxşı əmələ söykəndiyiniz üçün Ali-Muhəmmədə (s) dostluğu tərk edəsiniz. Məbada Ali-Muhəmməd (ə) dostluğuna söykəndiyiniz üçün saleh əməli əldən verəsiniz. Çünki bu ikisindən heç biri tənha halda qəbul olmayacaqdır”. 2. İmam (ə) buyurur: “Beş sifət vardır ki, hər kimdə olmazsa, dünya və axirətdən bir şeyə çatacağına görə ümid bəsləməyin: a) O kəsin ki, təbiətində etimad görməyəsiniz. b) O kəsin ki, fitrətində kərəm tapmayasınız. c) O kəsin ki, xəlqində mətanət görməyəsiniz. d) O kəsin ki, nəfsində nəcabət görməyəsiniz. e) O kəs ki, Allahından qorxmaz”. 3. İmam (ə) buyurur: “Əmir və hakim ilə ehtiyatla yoldaşlıq et. Dostunla təvazökarcasına, düşməninlə duaya (səni qoruyacaq) pənah apararaq, insanlarla xoş üzlə rəftar et”. 4. İmam (ə) buyurur: “Bir-birinizi görməyə gedin ki, bir-birinizi sevəsiniz. Bir-birinizin əlini sıxın və bir-birinizə qəzəblənməyin”. 5. İmam (ə) buyurur: “Vacibatı yerinə yetirdikdən sonra, Allah yanında mömini sevindirməkdən üstün əməl yoxdur”. 6. İmam (ə) buyurur: “Hər kim möminin qəmini aradan aparar, Allah Qiyamət günü qəlbindəki qəmi aradan aparar”. 7. İmam (ə) buyurur: “Mömin həqiqi mömin deyildir, məgər o halda ki, onda bu 3 sifət olsun: a) Allahından olan sünnət. b) Peyğəmbərindən (s) olan sünnət. c) İmamından (ə) olan sünnət. Allahından olan sünnət – öz sirrini gizlətməkdir. Peyğəmbərdən (s) olan sünnət – insanlarla mülayim rəftar etməkdir. İmamından (ə) olan sünnət – yoxsulluq və pərişanlıq zamanı səbir etməkdir”. /Deyerler.org/ Oxşar xəbərlər
|