Namazda qəlb hazırlığının 5 mərtəbəsi
Mərifət əhlinin nəzərinə görə, qəlb hüzurunun beş mərtəbəsi vardır ki, onlarla tanış olaq:
1. Birinci mərtəbədə namazqılan bilməlidir ki, Allahla söhbət edir. Onu həmd və sitayiş edir, baxmayaraq ki, sözlərin mənasına diqqət etməsə belə. Rəhmətlik İmam (r) müəllimi Şahabadidən nəql edir ki, buyurmuşdur: “Bu mərtəbə ona bənzəyir ki, insan dahi bir insan haqqında qəsidə qoşur. Onu mənasını bilməyən uşaqlara verir ki, onun yanında oxusunlar. Uşaqlara başa salır ki, bu dedikləri həmin şəxsin mədhi üçün yazılmışdır”. 2. İkinci mərtəbədə insan gərək sözlərin mənasına da diqqət etsin. Bilsin ki, namazda nə deyir. Bu mərhələ - qəlbə tabe olan dil mərhələsidir. 3. Üçüncü mərtəbədə ibadətin, zikrlərin həqiqətini, həmdin və başqa sözlərin sirrini dərk edər. Namazda bu deyilənlərə diqqət edər. Yaxşı bilir ki, nə deyir və Kimə deyir. 4. Dördüncü mərtəbədə əvvəlki mərtəbələrlə yanaşı, zikrlərin sirri canına elə nüfuz edir ki, yəqin mərhələsinə çatır. Bu zaman dil qəlbə itaət edir. Qəlb bu həqiqətə iman bəslədiyi üçün dili onu deməyə vadar`edir. 5. Beşinci mərtəbədə namazqılan şühud və kamal mərhələsinə çatır. Bu mərhələyə Məbudun qəlb hüzuru mərhələsi deyirlər, nəinki ibadətdəki qəlb hüzuru. Bu insan Allahın sifətlərini və kamallarını batinində hiss edir və Allahdan başqasını görmür. Hətta özünə, dediyi sözlərə belə diqqət etmir. Diqqət etdiyi tək şey Allahdır. Bu mərhələ ən çətin mərhələ olsa da, ona çatanlar az olmayıbdır. Ona görə də bu yolda çoxlu səy göstərmək lazımdır. /Deyerler.org/ Oxşar xəbərlər
|