İslam dini qidaların halal olması ilə yanaşı pak olamsını da tələb edir
Mьəllif: admin1
Tarix: 24-07-2018, 19:25
İslam dini qidaların halal olması ilə yanaşı pak olamsını da tələb edir
Qidalarla bağlı bu zərif nöqtəyə hamımız diqqət və əməl etməliyik. Qida insan həyatında çox böyük rola malikdir. Allah Qurani- Kərimdə bu məsələni bizə belə tapşırır:

"Belə isə, insan öz yeməyinə diqqət etməlidir!" (Əbəsə 24)

Hədislərə əsasən yeddi nəslə qədər təsir edən qidaya həqiqətən çox diqqət etməliyik. Yeməyimizin ən əsas meyarı halal və pak olmasıdır. Yəni:

1-Hər hansı bir haram yollar ilə əldə edilməsin. Məs: oğurluq, haram pul vasitəsi ilə alınan, kiminsə haqqını yeyib alınan və s. olmasın.

2-Şəriətdə qadağan olunmuş qidalardan olmasın. Məs: Donuz əti, şərab, dalağ və s.

Lakin mənim toxunmaq istədiyim incə məsələ bundan ibarətdir ki, halal olmasından əlavə qidanın pak olmasına daha çox diqqət etməliyik. Quranı diqqətlə oxuyan zaman Allahın neçə yerdə bizə pak qida yeməyimizi tapşırdığını görərik. Məs:

"Ey insanlar, yer üzündə olan şeylərin halal paklarından yeyin.." (Bəqərə 168)

"Ey iman gətirənlər, ruziniz etdiyimiz pak şeylərdən yeyin..." (Bəqərə 172)

"Buna görə də Allahın şəriət baxımından halal və zatən pak olaraq sizin ruziniz etdiyi şeylərdən yeyin, istifadə edin və əgər yalnız Ona ibadət edirsinizsə, Allahın nemətinə şükr edin." (Nəhl 114)

Gördüyünüz kimi bu ayələrdə və bunun kimi bir çox ayələrdə halal ruzinin kənarında pak ruzi də qeyd edilib. Mövzunun daha aydın olması üçün bir neçə misal qeyd etmək olar.

Pak qidaların nümunələri: Hər fəslə uyğun təbii meyvə və tərvəzlər, inək, qoyun, toyuq və s. ətləri,təbii və bulaq suları,qatıq, süd, pendir, şor və s. süd məhsulları və s. Misal çəkmək olar.

Gəlin özümüz və övladlarımız Allahın halal və pak ruzilərindən qidalanaq. Öz istədiyimiz şəkildə deyil, Allahın istədiyi şəkildə həyatımızı yaşayaq! Düşünərək və Allahaı göstərişləri əsasında yaşamaq ən yaxşı yaşayış tərzidir. Qiyamət günü aşağıdakı ayəni eşitmək ümidi ilə Allaha əmanət olun:

"Etdiyiniz yaxşı əməllərin müqabilində mükafat olaraq yeyin və için, sizə nuş olsun!" (Mursəlat 43)



(İslaminSesi)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031