Müqəddəs İslamın süfrə mədəniyyəti ilə bağlı çox dəyərli tövsiyələrı
Mьəllif: admin1
Tarix: 24-07-2018, 19:31
Müqəddəs İslamın süfrə mədəniyyəti ilə bağlı çox dəyərli tövsiyələrı
İslam bir din olmaqla yanaşı həm də böyük bir mədəniyyətdir. Bu mədəniyyət bəşərin yaranması ilə var olan və əsası ilahi qanunlara söykənən əsaslı bir irsdır. Tövhidə əsaslanan bu əzəmətli irs ilk bəşərin yaranması ilə paralel yaranıbdır. Bu peyğəmbərlər irsidir!

İslam mədəniyyətinin ən gözəl tövhələrindən biri də süfrə mədəniyyəti və süfrə ədəbidir. Süfrə bir növ ailənin iclasıdır. Yemək zamanı hər həs süfrə başına toplanır. İşlərinin müxtəlif olmasına baxmayaraq sanki süfrə hər kəsi çağırıb öz ətrafına yığır. Süfrə ailə deməkdir, süfrə ailədə mərkəzləşmə deməkdir.

Bununla bərabər süfrə sanki bir etiqad məktəbi, ibadət ocağıdır. Çünki insan süfrəyə əl uzadarkən bu neməri bəxş edəni xatırlayır, Ona təşəkkür edir, özünün möhtaclığını hiss edir.

Həzrət peyğəmbər (s) süfrə başında əyləşməyin və istifadə etməyin 12 ədəb qaydasını qeyd edib ki, bunların hər biri dərin etiqada əsaslanır və təfəkkür edən insanda dərin mənəvi izlər buraxır.

Həzrət peyğəmbər (s) İmam Əliyə (ə) tövsiyə edərək buyurub: Ey Əli! Hər bir müsəlman fərd gərək süfrə başında bu 12 göstərişə diqqət etsin. Bunların 4-ü vacib, 4-ü savab, 4-ü isə süfrənin ədəbindəndir.

Vaciblər:

Birinci bax gör nə yeyirsən

Başlarkən “bismillah” de.

Nemətə şükr et.

Qarşında olana razı ol.

Savab olanlar:

Sol ayağının üzərində otur.

Sağ əlinlə, 3 barmağınla ye.

Öz qarşında olanı ye.

Barmaqlarınızı yalayın.

Süfrənin ədəbindəndir:

Tikələri kiçik götürün.

Tikəni çox çeynəyin.

Süfrədə başqasının ağzına baxma.

Əllərinizi yuyun.

(Məkarimul-əxlaq. 889)

Süfrə mədəniyyəti İslamın bizə bəxş etdiyi peyğəmbərlər irsidir. Bütün peyğəmbərlərin əbəb və etiqadı yalnız bir mənbəyə, tövhid əsaslarına söykənir. Hər bir kəs, Allahın rəhmət qapısı olan süfrəsini peyğəmbərlər göstərişi əsasında nizama salarsa böyük bir irsə və mədəniyyətə sahib olmuş olar ki, bunu da ilkin mərhələsi “Birinci bax gör nə yeyirsən” göstərişi ilə başlayır.


(İslaminSesi)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031