“Anamı çiynimdə 2 dəfə həccə aparmışam...” – İslamda anaların məqamı
Həzrət Peyğəmbər (s) buyurur: “Ananın haqqını heç bir zaman ödəyə bilməzsən. Hətta əgər səhranın qumlarının sayı, yağış damcılarının sayı qədər günlərdə xidmətində dayansan belə, hamiləlik dövründəki zəhmətinin əvəzi də belə, olmayacaqdır”.
Bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və anasının kobud xasiyyətindən şikayət edir. Həzrət (s) ona buyurur: “O, 9 ay ki, səni həml etmişdir və o iki il ki, sənə süd vermişdir, gecələri oyaq qalmış və gündüzləri sənin üçün susuzluğa dözmüşdür – kobud xasiyyətli ki, deyildi”. Kişi dedi: “Mən çəkdiyi zəhmətlərin əvəzini vermişəm. Onu iki dəfə çiynimə götürüb həccə aparmışam”. Həzrət (s) buyurur: “(Sən) hətta hamilə zamanı çəkdiyi bir nalənin belə əvəzini verməmisən”. İmam Səccad (ə) anası ilə bir boşqabda yemək yeməzdi. Yemək qabını ayırardı. Həzrət (ə) buyurardı: “Qorxuram elə bir tikəyə əl atım ki, anam da onu yemək istəmişdir. Bu əməlimlə anamın narazılığına səbəb olam. Nəticədə ağvalideyn olam”. Mərhum Cəzayiri bu hədisin şərhində buyurmuşdur ki, həmin qadın İmamın (ə) əsil anası deyil, yəqin dayəsi olmuşdur. Çünki İmamın (ə) öz anası doğum zamanı dünyasını dəyişmişdi. İmam Zeynəlabidin (ə) dualarında buyurardı: “Allahım! İbadətimi valideynim üçün qeydə al və mənə mərhəmət tövfiqi ver ki, onların istəyini öz istəyimdən üstün biləm. Onlara kamil ehtirama riayət edəm”. Şəhid Dəstiğeyb deyir: “Peyğəmbər (s) analara yaxşılıq etməyi üç dəfə tövsiyə etmişdir. O zaman ki, Həzrətə (s) sual verirlər ki, hansı valideynin haqqı daha böyükdür? Buyurmuşdu: “O kəsin ki, səni 9 ay qarnında həml etmişdir. Səni çətinliklə dünyaya gətirmiş və sənə sinəsindən yemək vermişdir””. /Deyerler.org/ Oxşar xəbərlər
|