İnsanın ən böyük dostu – ağıl, ən böyük düşməni – cahillikdir
Mьəllif: admin1
Tarix: 20-06-2022, 20:43
İnsanın ən böyük dostu – ağıl, ən böyük düşməni – cahillikdir
Allahın insana əta etdiyi ən gözəl nemətlərdən biri ağıldır. Bu nemət insan şəxsiyyətinin əsasını təşkil edir. Bu dəyərli gövhər sayəsində insan doğru və yanlış yolu bir-birindən ayıra bilir. Onun nuru altında özünə həyatın zülmətlərindən nicat verə bilir.

Hər kimin belə bir sərmayəsi olarsa, hər nemətin haqqını layiqincə yerinə yetirər. Bilər ki, bu nemət ona nə üçün verilmişdir. Ancaq çarəsiz insanlar bu nemətdən məhrum olarlar.

Ona görə də onların insani həyatları və şəxsiyyətləri olmaz. Çünki cahilillik ardınca düşərlər. Bu həqiqətdən qafildirlər və qürurlarının təsiri altında ancaq özlərini görərlər. Bu dəstəni ancaq ölülərlə müqayisə etmək olar.

Həsən ibni Cəhəm nəql edir: “İmam Rzadan (ə) eşitmişəm ki, buyurub: “Hər bir insanın dostu – ağlıdır. Düşməni – cahillik və nadanlıqdır””.

Əsil dost heç bir zaman öz dostuna xəyanət etməz. Salamat ağıl insanı hidayət edən zaman sadiqcəsinə əməl edər. Onun üçün hidayət çırağı olub, səadətə tərəf aparar.

Ancaq cəhalət və nadanlıq insanın düşmənidir ki, onu həqiqi yoldan azdırar.

Aqil – o insandır ki, hər şeyi öz yerində qərar versin. Əksinə, cahil o kəsdir ki, hər şeyi öz yerindən qeyrisində qərar verər.

Deməli, həqiqətən də ağıl insanı təyyibə həyata çatdıra bilən ən böyük İlahi nemətlərdən biridir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031