Həzrət Musanın (ə) bacısının timsalında qadınların ictimai həyatda iştirakı
Qurani-Kərim buyurur: “O, Musanın bacısına dedi: «Onun dalınca get»; beləliklə bacısı onu (körpənin Fironun adamlarının əlinə düşdüyünü) uzaqdan gördü, onlar isə xəbərsiz idilər (körpəyə kənardan nəzarət edən olduğunu bilmirdilər)”. (“Qəsəs” 11).
Əllamə Təbatəbai bu ayəni belə təfsir etmişdir: “Musanın (ə) anasının qəlbi İlahi ilham sayəsində aram tapır. Artıq övladı ilə bağlı qorxusu olmur. Əgər bu İlahi ilham olmasaydı, Musanın (ə) anası pərişanlığı üzündən onu ifşa edərdi. O zaman ki, övladını sandığa qoyub çaya atır, qızına əmr edir ki, həmin sandığı təqib etsin. Bacısı da qardaşının necə nicat tapdığını və Fironun ətəyində böyüyəcəyini anasına xəbər verir. O, fironçuları nəzarəti altında saxlayır və öyrənir ki, onlar uşaq üçün süd anası axtarırlar. Ona görə də Musanın (ə) bacısı öz anasını təklif edir və onlar da qəbul edirlər. Bu yolla Musanın (ə) bacısının məmuriyyəti sona çatır. Bu ayədən çıxartdığımız nəticələr: 1. Sirri ifşa etmək imanın zəifliyindən xəbər verər. 2. Qəlblərə aramlıq vermək Allahın əlindədir. 3. İmanın nişanələrindən biri də aram qəlbdir. 4. O şey ki, Allahın nəzərində mühümdür, imandır. Bu məsələdə qadın və kişi fərqlənmirlər. 5. Qadınlar da gərək ictimai mövzularda iştirak etsinlər. 6. Allaha təvəkkül etmək həmin məsələyə qarşı laqeyd olmaq deyildir. Musanın (ə) anası imanlı qadın idi, ancaq buna baxmayaraq, öz qızını qardaşının ardınca göndərir. 7. Mömin, öz vəzifəsini düşmənlərin diqqətindən uzaqda yerinə yetirər. Bu ayədən də göründüyü kimi, dinimiz qadınların da ictimai və siyasi məsələlərdə iştirak etməsini bəyənir və bəzən lazımlı bilir. /Deyerler.org/ Oxşar xəbərlər
|