Mərhum Əllamə Məclisinin göstərişi
Bu yolun yolçularından biri böyük alim, rəbbani arif mərhum Əllamə Məhəmməd Təqi Məclisidir.
O, yazır: “Mən riyazətlə və nəfsimi paklaşdırmaqla məşğul olduğum dövrdə əldə etdiyim şeylər təfsiri mütaliə etdiyim vaxtlara aiddir. Bir gecə yuxu ilə ayıqlıq arasında Həzrət Məhəmmədi (s) müşahidə etdim, öz-özümə dedim ki, yaxşı olar o Həzrətin (s) kamal və əxlaqına yaxşı diqqət edim. Nə qədər çox diqqət yetirdimsə, o Həzrətin (s) əzəmət və nuraniyyəti də bir o qədər genişləndi və getdikcə nuru hər yeri əhatə etdi. Bu zaman ayıldım (özümə gəldim), mənə ilham oldu ki, Peyğəmbəri-Əkrəmin (s) əxlaqı Qurandır. Gərək Quranda dərindən düşünüb təfəkkür edim. Ayələrdə nə qədər çox diqqət etdimsə, daha artıq həqiqətləri dərk etdim. Nəhayət bir dəfə qəlbimə çoxlu həqiqət və mərifət nazil oldu. Hər bir ayəyə diqqət yetirdikəcə hər dəfə mənə belə bir nemət əta olunurdu. Əlbəttə, belə mətləbləri belə müvəffəqiyyətə nail olmayan şəxslər üçün təsdiq etmək çox çətindir. Hətta, adətən qeyri-mümkündür. Lakin mənim məqsədim din yolunda olan qardaşlarıma yol göstərməkdən ibarətdir. Riyazət və nəfsin saflaşdırılmasının göstərişi aşağıdakılardan ibarətdir: Faydasız sözlərdən, hətta Allahın zikrindən başqa sözlər danışmaqdan belə, çəkinmək. Ləzzətli yeməklərdən, içməklərdən, libaslardan, gözəl mənzillərdən və zövcələrdən çəkinmək, zəruri miqdarla kifayətlənmək. Allah övliyalarından başqaları ilə oturub-durmaqdan çəkinmək. Çox yatmaqdan çəkinmək, Allaha zikr etməyi kamil müraqibət ilə davam etdirmək. Allah övliyaları “ya Həyyu ya Qəyyum, ya mən la ilahə illa ənt” zikrinə davam etməyi təcrübə etmiş və böyük nəticələr almışlar. Mən də həmin zikri sınaqdan çıxarmışam. Lakin mənim zikrim əksər hallarda “Ya Allah”dır. Bu, Allahdan başqalarını qəlbdən çıxarmaq və yalnız Allaha diqqət yetirməklə baş verir. Əlbəttə əsas və mühüm məsələ Allahı zikr etməyin kamil müraqibətlə yanaşı olmasıdır, sair işlər zikrin dəyərinə çatmaz. Əgər bu əməl qırx gecə-gündüz davam edərsə, ilahi hikmət və məhəbbət nurları (qapıları) insanın üzünə açılır. Sonra insan “fəna fillah” və “bəqa fillah” məqamına nail olur.” [1] www.ahliman.info [1] “Rövzətil müttəqin”, 13-cü cild, səh.128 Oxşar xəbərlər
|