Qız övladı hansı günahına görə öldürüldüyünü soruşacağı zaman
Ərəblər İslamdan qabaqkı dövrü cahiliyyət dövrü adlandırırlar. Halbuki cahiliyyət dövrlə deyil fərdə məxsus bir xüsusiyyətdir. Çünki İslamın geniş bir şəkildə yayıldığı bir dövrdə də həmin düşünçə və təfəkkürə rast gəlinir.
Sadəcə olaraq dəyişən formadır. Cahiliyyət dediyimiz zamanda insanlar bütə pərəstiş edərək aşkar şirk edir, indiki zamnada isə nəfsini özünə “rəbb” seçərək, onu özünə tanrı edir: “Nəfsini ilahiləşdirən şəxsi gördünmü?” (Casiyə-23) Yaxud nəfsinin, təkəbbürünün, dar düşüncəsinin ona təlqin etdiyi qız övladlarını öldürmək kimi əməlləri cahiliyyət dövrü ilə indiki döv arasında müqaisə etdikdə hüç də ciddi fərq görünmür. Sadəcə öldürməyin forması dəyişir. Nəticədə övlad öldürülür. Min illər keçməsinə, elm və texnikanın inkişafına baxmayaraq düşüncə eyni olaraq qalır. Qiyamətə qədər bütün dövürlər üçün hökmü keçərli olan Quran, qız övladının öldürülməsi barədə buyurur: “Diri-diri basdırılmış qız uşağı soruşulacağı zaman - O hansı günaha görə öldürülmüşdür?” (Təkvir-8,9) Ayənin təfsirində qız övladların qətl edilməsinə işarə olunduğu bildirilir. Keçmiş zamanda qız övladını diri-diri torpaqa basdırardılar, indi isə ana bətnində diri-diri doğrayırlar. Zamanımızda bu cinayət hesab olunsada, təəssüf ki, bu işə rəvac verənlər çoxdur. Halbuki Allah Rəsulu (s) oğlan övladı ilahi nemət, qız övladı isə ilahi rəhmət adlandırıb. Hər kim qız övladını Allahın istədiyi şəklidə, sağlam etiqad və alı əxlaqı dəyərlər üzrə böyüdüb cəmiyyətə bir fərd olaraq təhvil verərsə dünya və axirətdə Allahın rəhmətinə qərq olar. Oxşar xəbərlər
|