İmam Kazımın (ə) Mədinədən İraqa sürgün edilməsi – Zülmün yeni mərhələsi
Mьəllif: admin1
Tarix: 31-07-2018, 18:58
İmam Kazımın (ə) Mədinədən İraqa sürgün edilməsi – Zülmün yeni mərhələsi
İmam Kazim (ə) imamət məqamının 7-ci günəşidir. İmamın (ə) yaşadığı dövr İslam tarixinin ən mürəkkəb vaxtlarından biri olan, Əməvilərin süqut edib.

Abbasilərin qüdrətlənən vaxtına təsadüf edir. Bu dövürlər Abbasilər üçün də ağır bir dönəm idi. O Həzrət İmam olduğu otuz beş il ərzində adları çəkilmiş bu xəlifələr onun həməsri olmuşdur:

Mənsur Dəvaniqi (137-158 h.q);
Məhdi adı ilə tanınmış Məhəmməd. (158-169);
Hadi (169-170);
Harun (170-193).

İmam Kazım (ə) demək olar ki, ömrünün böyük hissəsini zindanda və ya ev şəraitində həbs həyatı yaşamışdır. Bütün bu həbslərdən sonra Harun ər-Rəşid peyğəmbər (s) ailəsinə qarşı yeni bir zülmə əl atır və yeni sürgün mərhələsini başladır.

Hicrətin 179-cu ilində İmam (ə), Abbasilərin zalim və qəddar xəlifələrindən biri olan Harun ər-Rəşidin göstərişi ilə həbs edilir və məcbur şəkildə Bəsrəyə sürgün edilir.

Harun, İmamı (ə) şəxsən Bəsrə hakimi İsa ibn Cəfərin zindanına saldırır və ona tapşırır. Lakin Bəsrə hakimi Haruna məktub yazaraq İmamı (ə) başqa yerə göndərilməsi üçün xahiş edir. Harun onun bu istəyini qəbul edərək İmamı (ə) Bağdada sürgün etdirir.

İmam (ə) Bağdad olduğu müddətdə Harun öz vəziri Fəzl bin Rəbiidən tələb edir ki, İmamı (ə) şəhadətə yetirsin. Lakin vəzir bunu qəbul etmir.

Sonda hicrətin 183-cü ilində Sindi bin Şahik adlı bir nəfər Abbasi xilafətinin qazisi olan Yəhya bin Xalid Bərməkinin göstərişi ilə İmamı (ə) zəhərləyib şəhadətə yetirir.

İmam Kazımın (ə) sürgün olunması ilə Peyğəmbər (s) övladlarına zülmün yeni mərhələsi, sürgünlər və həbslər mərhələsi başlayır və İmam Rzanın (ə), İmam Kazimin (ə) digər övladlarının aqibəti də bu cür başlayır.

Buna misal olaraq Məşhəd şəhərində İmam Rzanı (ə), Bağdada İmam Cavadı (ə), Bakıda Hökümə Xanımı, Qum şəhərində Məsumə Xanımı, İsfahan və Rəştdə İmam Kazımın (ə) digər iki qızını, Samirrada İmam Hadini (ə) və İmam Həsən Əskərini (ə), digər İslam coğrafiyalarına, o cümlədən Azərbaycana sürgün edilmiş digər imamzadələri (ə) misal çəkmək olar.


(İslaminSesi)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031