Ən güclü dostluq – Ali Varlıqla dostluqdur
Mьəllif: admin1
Tarix: 1-08-2018, 17:47
Ən güclü dostluq – Ali Varlıqla dostluqdur
Psixoloqların nəzərinə görə, insanın fitri ehtiyaclarından biri də sevmək və sevilməkdir. İntihar etmək istəyən insanların ruhi vəziyyətini tədqiq edən psixoloqlar bu qənaətə gəlib çatıblar ki, onların bu əmələ cəhd etməkləri sevmək və sevilməmək mövzusunda axsamalarına görə olmuşdur.

İnsan daima özünü tənha hesab edir və istəyir ki, ali bir Varlıqla ünsiyyət qursun və dərdləşsin.

İnsanın başqalarına sevgi bəsləməsinin səbəblərindən biri - Məhbubun kamalını dərk etməkdir. Bu ehtiyac bütün insanlarda mövcuddur. Ona görə də insan öz həyatında kimisə sevmək və kiminsə tərəfindən sevilmək istəyir. Lakin bu dostların heç biri cavidan deyildir.

Çünki bu sevdikləri dostlar fanidir, bəziləri də eybə malikdirlər. Bəzən də bu sevgi yerini nifrətə verə bilir. Bu, dünya sevgisində olan bəlalardan biridir. Qiyamət günü bu dünyada bir-birini sevən insanların bəzisi orada əgər həmin dostluğa görə günaha düçar olduqlarını görərlərsə, bir-biri ilə düşmən olarlar.

Misal üçün, sevdiyinə görə həmin insanın eybini görməməzliyə vurmuşdur. Ona görə də elə işlər görmüşdür ki, Allah da ondan narazı olmuşdur. Nəticədə hiss edərlər ki, bu sevgi əzaba səbəb olmuşdur. Ona görə də sevdikləri insanla düşmən olarlar.

“Həmin gün (dostluq amilləri güclənəcək) təqvalılardan başqa (dünya) dostlar(ı) bir-birlərinə düşmən olacaqlar. (Çünki onların dostluq amilləri həmin gün düşmənçilik amilinə çevriləcəkdir.)”. (“Zuxruf” 67).

Əgər insan başqası ilə dost olmaq istəyirsə, lakin əgər həmin insanın bəzi sifətlərini bəyənmirsə, bu zaman onların arasındakı dostluq güclü olmaz. Dostluq o zaman möhkəm olar ki, hər iki tərəf bir-birini bəyənsin. Hər bir insan bunu başa düşür ki, gərək məhbubunun bəyənmədiyi sifətləri büruzə verməsin.

Əgər biz Allahla dostluq rabitəsi qurmaq istəyiriksə, gərək biz də həmin işi görək. Əgər elə iş görsək ki, Allah onu bəyənir, bu zaman Allah da bizi sevəcəkdir.

Qüdsi hədisdə oxuyuruq: “Ey Davud! Yer əhlinin bütün insanlarına bu müraciəti çatdır ki, Mən o kəsin dostuyam ki, Məni sevsin. Əgər kimsə Mənimlə sevgi rabitəsi qurmaq istəyirsə, Mən hazıram. Əgər kimsə Mənimlə yoldaş olmaq istəyirsə, yoldaşı olaram. Hər kim Məni yada salaraq yaxınlıq edərsə, Munisi olaram.

Onu tənhalıqdan və dəhşətdən çıxardaram. Hər kəs Mənimlə bir yerdə olmaq istəyirsə, Mən hazıram. Rəfiqi olaram. Əgər kimsə Mənə itaət etsə, Mən də ona itaət edərəm. Əgər kimsə həqiqətən Məni sevərsə, Mən də bilsəm ki, o, məni istəyir, Mən də onu sevərəm.

Onu özüm üçün qəbul edərəm və dostum seçərəm. Bundan da üstün ona elə məhəbbət göstərərəm ki, heç kim onu qabaqlaya bilməz. Ancaq o kəs ki, başqalarının sorağına gedər, Mənə çatmayacaqdır”. Sonra insanlara xitab edərək buyurur: “Özünüzü aldadıcı vasitəsilərdən xilas edin! Bu, sizin həqiqi məqsədiniz deyil.

Mənim kəramətinə tərəf gəlin və Mənimlə yoldaş olun. Mənimlə münis olun. Mənimlə yaxın olun ki, sizinlə Munis olam. Əgər Mənə yaxın olsanız, nəinki sizin Munisiniz olaram, sizi tənhalıqdan və dəhşətdən çıxardaram. Bəlkə əslində sevigimi sizin ixtiyarınıza qoyaram”.

Başqa bir hədisdə oxuyuruq: “Ey Davud! Əgər siz Məni yada salsanız, Mən də sizi yada salaram. Əgər siz tək olan zaman Məni yada salsanız, Mən ərşdə və Öz məqamımda sizi yada salaram.

Əgər insanların arasında Məni yada salsanız, Mən mələklərin arasında sizi yada salaram. O kəs ki, Mənim mütim olar, behiştə apararam. O kəslərin ki, Mənə meyli vardır, onları sevərəm. Ancaq o kəslərin ki, Mənə qarşı xalis sevgiləri vardır və ürəklərini ancaq Mənim üçün hazır ediblər və başqa sevgiləri ondan xaric ediblər, Özüm onlarınkıyam”.

O zaman ki, insan başqa birini sevir, ona deyir ki, bütün malım sənindir. Əgər onu daha çox sevsə, deyər ki, məni nə zaman istəsən, xidmətində olaram. Sonda isə deyir ki, canım sənə fədadır. Yəni bir insanın son fəda edə biləcəyi şey – canıdır.

Bu sevgi o kəslərə aiddir ki, Allaha xalis sevgi bəsləyərlər. Lakin bu sevgi heç də asan deyildir, bu sevgi Əli (ə) kimisini istəyir.

İmam Sadiq (ə) buyurur: “Hər bəndə Allahın sevdiyi şeyə üz çevirərəsə, Allah da diqqətini elə şeyə tərəf çevirər ki, o, sevir”.

Allah bizi Öz dostlarından qərar versin.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031