İradə ilə meylin münasibətləri
Mьəllif: admin1
Tarix: 2-08-2018, 15:46
İradə ilə meylin münasibətləri
Meyil ilə iradə arasında fərq vardırmı?

Meyil odur ki, insan xarici bir amilə tərəf cəzb olunar. Misal üçün, acdırsa, yeməyə doğru meyil edər. Yəni, insan daxilində elə bir qüvvə vardır ki, onu istəklərinə tərəf cəzb edər.

Ancaq iradə insanın batininə aid olan qüvvədir. Yəni, insan ilə daxili aləm arasında olan bir rabitədir. Bəzən insan təfəkkür edər və işləri barəsində düşünər. Bu zaman ağlı ona deyər ki, filan işi görmək üçün iradə etməlisən. Yəni, çox zaman ağıl hökm verər və insan iradə edər.

Ancaq insan öz meylinə qarşı çıxa bilər. Çünki iradə bu işə qarışar. O insan ki, arıqlamaq istəyir, yeməyə meylinin olmasına baxmayaraq, iradə edər ki, ondan yeməsin. Çünki ağlı ona hökm verər ki, bu, ziyanına olan bir işdir. Bu meyildən uzaq olmaq lazımdır.

Bəzən iradə insan qorxusu ilə də mübarizə aparar. Ona mətanətli olmasını söyləyər ki, bu sifətin adı şücaətdir.

Beləliklə deyə bilərik ki, iradə elə bir güclü qüvvədir ki, bütün meyil və meyilsizlikləri öz kontrolu altına alar və onları iradə edər. Ağılla əl-ələ verib, düzgün hökm verməyə çalışar. Deyər ki, ey, ağıl qardaş! Gəl əyləş və bir yerdə düşünək, görək bu işin müsbət tərəfə getməsi üçün nə etmək lazımdır?

Budur iradə ilə meylin fərqləri.

Deməli, insan meyli ilə idarə olunarsa, bu, onu dünyaya bağlayar, nəfsini ona hakim edər.

Amma əgər insan ağıl və iradə ilə dost olarsa, bu, onun mələkuti durumunun inkişafına təkan verər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031