Həzrət Peyğəmbər (s) kimləri əfv etmirdi?
Mьəllif: admin1
Tarix: 3-08-2018, 10:53
Həzrət Peyğəmbər (s) kimləri əfv etmirdi?
Hədislərimiz buyurur ki, kərim insanın ən üstün sifətlərindən biri də başqalarını bağışlamaq bacarığıdır. Qurani-Kərimdə buyurulur ki, hər kim bağışlamağı bacarar, Biz də onu cənnətə aparırıq.

“Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsin. (Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir”. (“Ali-İmran” 133-134).

Ancaq əgər tarixə nəzər salsaq görərik ki, bəzi hallarda Peyğəmbər (s) əfv etməyi məsləhət görməmişdir.

Həzrətin (s) əfv edə bilmədiyi kəslərdən biri o kəslər idi ki, cinayət törədirdilər və açıqca deyirdilər ki, əgər məni azad etsələr, həmin cinayəti yenə təkrar edəcəyəm.

Misal üçün Bədr döyüşündən sonra bir nəfər Həzrətin (s) xidmətinə gəlir və deyir: “Məni bağışlayın, səhv etmişəm. Mənim arvad və uşaqlarım vardır”.

Həmin şəxs əsir idi və ona edam hökmünü vermişdilər. Həzrət (s) ona buyurur: “O zaman bağışlayaram ki, bir daha müharibəyə gəlməyəsən”.

Deyir: “Olar”.

O zaman ki, onu azad edirlər, müşriklərin yanına gedir və deyir: “Bu dəfə də döyüşsəniz ilk sırada olacağam”.

Elə ki, Ühüd döyüşü olur, yenə gəlir. Tərslikdən döyüşdə ələ düşür və əsir olur. O zaman ki, Həzrətin (s) yanına gətirirlər, deyir ki, ağacan, bu dəfə də məni bağışla! Həzrət (s) buyurur: “Xeyr, bu dəfə deyil”.

Ona görə də əfvin şərtləri vardır və hər kim ona riayət edərsə, əfv olunmağa layiq olar. Əks halda əgər dinimizə ziyan vura biləcək cinayətkardırsa, onu əfv etmək məsləhət deyildir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031