Nicat qapılarını “Bismillah” deyərək açaq
Bismilləhir-Rahmənir-Rahim” kəlməsini hər işin əvvəlində demək - dinimizin böyükləri tərəfindən həmişə vurgulanmışdır. Bu gözəl sünnət müsəlmanların hər bir işdə Allahı şahid və nazir tutmaqlarının xüsusiyyətlərindəndir.
Hədislərə görə bu gözəl kəlmə haqqında daha çox məlumata malik olaq. Peyğəmbəri-Əkrəm (s) buyurur: “O zaman ki, bəndə yatan zaman “Bismilləhir-Rahmənir-Rahim” deyər, Allah mələklərə deyər: “Səhərə qədər nəfəslərinin sayı qədər ona həsənə yazın”. Yenə Peyğəmbəri-Əkrəm (s) buyurur: “Ey bəndə! Dəstəmazın əvvəllində “Bismilləhir-Rahmənir-Rahim” de, bütün üzvlərin günahdan pak olsun”. Peyğəmbəri Əkrəm (s) buyurur: “Hər kim ki, istəyər Allah onu 19 əzab mələklərindən xilas etsin, “Bismilləhir-Rahmənir-Rahim”i qiraət etsin. Çünki bu kəlmə də 19 hərfdən ibarətdir. Allah hər bir hərfi bir (əzab) mələyinin qarşında qalxana çevirər”. İmam Museyi-Kazımdan (ə) soruşurlar: “Allah Kitabının hansı ayəsi üstün və böyükdür?” Buyurur: “Bismilləhir Rahmənir Rahim!”. İmam Cəfər Sadiq (ə) buyurur: “Günahın qapılarını Allaha pənah aparmaqla bağlayın və itaət qapılarını “Bismilləhir-Rahmənir-Rahim” deməklə açın”. Başqa yerdə İmam Sadiq (ə) belə buyurur: “Sizlərdən hər kim dəstəmaz alanda “Bismilləhir-Rahmənir-Rahim” deməzsə, şeytan orda şərik olar. Əgər yemək yeyərkən, su içərkən, paltar geyinərkən və hər bir işdə ki, Allahın adını söyləməlidir, deməzsə, şeytan onlarda da şərik olar”. /Deyerler.org/ Oxşar xəbərlər
|