Bugünkü dünyanın çətinliklərinin kökü
Mьəllif: admin1
Tarix: 3-08-2018, 22:07
Bugünkü dünyanın çətinliklərinin kökü
Ustad Mütəhhəri bəşərin bugünkü çətinliklərinin kökləri barəsində çoxlu tədqiqatlar etdiyi üçün, onun nəzərləri çox dəyərlidir. Onun nəzərlərinə biz də müraciət edək və onlardan faydalanaq.

Alim deyir: “Əhli-Beyt (ə) məktəbi bu inkişaflar arasında nəinki fəaldır, həm də hədəfini müəyyən edən və tanıyan məktəbdir. İslam dini insanın fitri və cismi suallarının hamısına cavab verən və ehtiyaclarını təmin edən müqəddəs dindir.

Ona görə də demək olar ki, bu məktəbdə həm hədəf inkişaf etmişdir, həm də amillər.

Çox təəssüf ki, bu kimi meyarları Qərb unutmuşdur. Ona görə də bəşər üçün çox sayda çətinliklər yaradır.

Bəşər, bu qədər elmi irəliləyişlərdən sonra məzlumcasına nalə çəkir.

Bəs bu nalə çəkməsinin səbəbi nədir? Kəm və kəsirləri hansı sahədədir?

Bu günün bəşəri elmi və fikri cəhətdən elə bir pilləyə qalxmışdır ki, səmalara seyr edir, Sokrat və Aristotel kimi alimləri iftixarlandırmışdılar. Ancaq ruh və rəftar baxımından irəli gedə bilməmişdilər.

Bu günün insanı elmdə bu qədər nailiyyətlər əldə etməsinə baxmayaraq, insanlıq yolunda addım atmamışdır. Bəlkə ruhunun ən zülmətli dövlərinə geri qayıtmışdır.

Bütün cinayətlərin kökündə insanlıq və əxlaqa fikir verməmək və o sahədə inkişaf etməmək durur. Bu gün bəşərin düçar olduğu ən böyük xəstəlik məhz budur.

Bəşər, din və bu sahədə maariflənmək istəyir. Dinlər içərisində isə ancaq İslam dini onların ehtiyaclarını təmin edə bilər”.

“Şübhəsiz, (İslama) iman gətirənlər, yəhudilər, xaçpərəstlər və sabiilər (Nuhun və ya Yəhyanın ardıcılları), (bu dəstələrdən) hər kim (öz peyğəmbərlərinin əsrində) Allaha və axirət gününə iman gətirsə və yaxşı işlər görsə, onlar üçün Rəbbi yanında hallarına münasib sabit mükafat vardır. Onlara (Qiyamət günü) nə bir qorxu var, nə də qəmgin olarlar”. (“Bəqərə” 62).

“Şübhəsiz (peyğəmbərlərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din Allah yanında həmin İslamdır. (Yəhudi və xaçpərəstlər kimi) (səma) kitab(ı) verilmiş kəslər yalnız, onlara (işin həqiqəti barəsində) elm gəldikdən sonra, (özü də) həsəd və təkəbbür ucbatından (öz dinlərində) ixtilafa düşdülər. Kim Allahın ayələrinə kafir olsa, (bilsin ki,) Allah tez hesab çəkəndir”. (“Ali-İmran” 19).




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031