İmam Hüseynin (ə) rəşadətli və fədakar elçisi - Müslim ibn Əqil
Müslim ibn Əqil, Əbu-Talibin nəvəsi, həzrət Əlinin (ə) qardaşı Əqilin oğludur. O, Qureyşin igidlərindən, Zəhra övladlarının (ə) fədailərindəndir. Müslim daim İmam Əlinin (ə) yanında olmuş, hətta Siffeyndə ordunun sağ qoluna başçılıq etmişdi.
Mənbələrdə İmam Əlinin (ə) Ruqəyyə adlı qızı ilə evləndiyi, Məhəmməd və İbrahim adlı iki kiçik övladının Kərbəla faciəsində şəhid edildiyi bildirilir. Kufəlilərdən minlərlə beyət məktubu alan İmam Hüseyn (ə) Müslim ibn Əqili elçi olaraq Kufəyə göndərir. Müslim digər iki silahdaşı ilə yola düşür. Onlar 30 günlük çox ağır bir yolu 20 günə qət edib Kufəyə yetişir. Kufədə onun gəldiyi ilk ev Muxtar Səqəfinin evi olur. Müslim 40 gün Kufədə qalır və bütün Kufə böyükləri ilə görüşüb, 18 000 beyət toplayaraq İmama (ə) məktub göndərir. Lakin İbn Ziyadın Kufəyə gəlişi ilə vəziyyət tam dəyişir. Muxtarın olmaması Müslimi dönük küfəlilərin arasında çarəsiz qoyur. Bununla belə Müslim tabe olmayıb İbn Ziyadın göndərdiyi 300 nəfərlik ordu ilə tək başina döyüşür. Sərkərdəsi İbn Ziyada deyir: “Əmir sən bilirsənmi məni yırtıcı şirin, kəskin qılıncın, ən xeyirli ailənin fərdinin üstünə göndərmisən!” Çətinliklə ələ keçən Müslim, İbn Ziyada “pozğun qadının oğlu” deyə müraciət edir. Mübahisədə bacara bilməyəcəyini görən İbn Ziyad imam Hüseynin (ə) sadiq fədaisini Kufə qülləsindən ataraq şəhid etdirir. Müslim ibn Əqilin mübarək məzarı Kufə şəhərində, Muxtar Səqəfinin məzarının yanındadır. (İslaminSesi) Oxşar xəbərlər
|