Səhrada vəhşi heyvandan xilas olmaqla hidayət olan adam
Fazil İraqi “Darul-səlamda” yazır: “Şeyx Murtəza Ənsari 1260-cı ildə İmam Hüseynin (ə) hərəmində olmuşdur. Hərəmdə bir kişi alimə yaxınlaşıb, deyir: “Səni Allaha and verirəm, sən Şeyx Murtəza Ənsarisən?”.
Şeyx deyir: “Bəli. Nə işin var ki?”. Deyir: “Mən Səmavat əhlindənəm və əhli-təsənnün məzhəbindəyəm. Bir bacım vardır ki, məndən üç fərzəx aralıda yaşayır. Bir gün onu görməyə getmişdim və yolda bir şirə rast gəldim. Atım şirin qorxusundan yerindən tərpənmirdi. Mən həmin səhrada tək idim və nicat üçün heç bir çarə görmürdüm. İlahi Övliyaların pak ruhlarına təvəssül etdim. Dedim: “Ya Zövcul-Bətul! Ya Əli ibni Əbutalib (ə)! Məni xilas et!”. Anidən bir atlı gördüm və bu heyvan məndən aralanıb onun yanına getdi. Özünü ağanın ayaqlarına sürtdü və sonra çıxıb getdi. Ağa mənə buyurdu: “Mənim dalımca gəl”. Və mən də onun dediyi kimi etdim. Nəhayət təhlükəsiz bir yerə gəlib çıxdıq. Bu zaman mənə buyurdu: “Artıq qorxu yoxdur və buradan sonra özün gedə bilərsən”. Soruşdum: “Ağa, siz kimsiniz ki, mənə nicat verdiniz?”. Buyurdu: “Mən o kəsəm ki, sən ondan yardım istəmişdin”. Dedim: “Ağacan, xahiş edirəm, mübarək əlinizi verəsiniz ki, mən öpəm”. Buyurdu: “Əvvəl gərək əqidən düzgün olsun ki, mənim əlimi öpəsən”. Dedim: “Düzgün əqidəni mənə öyrət”. Buyurdu: “Get Şeyx Murtəza Ənsarinin yanında öyrən”. Dedim: “Əgər indi Nəcəfə getsəm, o ağanı tapa bilərəmmi?”. Buyurdu: “O, indi Kərbəladadır və onu İmamın (ə) hərəmində tapa bilərsən”. Sonra mənə sizin nişanələrinizi verdi”. Həmin şəxs Şeyx tərəfindən təlim gördü və Əhli-Beyt (ə) davamçısı oldu. /Deyerler.org/ Oxşar xəbərlər
|