Şayiələrlə mübarizə aparmağın yolları
Şayiə - elə xəbərdir ki, tez bir zamanda yayılar, ancaq doğru və ya yalan olduğu sübut olunmaz. Yəni, bu xəbərin doğruluğunu sübut edən sənəd yoxdur, zənn və güman üzərində qurulmuş bir xəbərdir. Quran bu cür xəbərləri yayalanları mərcəfun adlandırmışdır. “(Bu mətləb) sənin Rəbbin tərəfindən olan sabit bir həqiqətdir. Odur ki, əsla şübhə edənlərdən olma!”. (“Ali-İmran” 60). Əlbəttə aydındır ki, şayiəni yayanların qəlbləri sağlam deyildir. Təbərsi yazır: “Mərcəfunlar o kəslər idi ki, Mədinədə müsəlmanların qəlbini narahat etmək üçün yalan xəbərlər yayardılar, xüsusilə də Həzrətin (s) iştirak etmədiyi müharibələrdə”. Bu şayiənin acı hadisələrini Ühüd döyüşündə də görmək olur, Əfək adlı böyük töhmət macərasında da görmək olur. Bəs bu cür şayiələrlə necə mübarizə aparmaq olar? Quranın tövsiyələri: 1. Yanlış xəbərlərə inanmamaq. “(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır)”. (“İsra” 36). 2. Doğru xəbər axtarışında olmaq. “Ey iman gətirənlər! Əgər bir fasiq sizə xəbər gətirsə, onu araşdırın ki, məbada, bilmədən bir dəstəyə ziyan yetirəsiniz və sonra etdiyinizdən peşman olasınız”. (“Hucurat” 6). 3. Elm və mərifət əhlinin yardımı. “Əgər onlara əmin-amanlıq və ya qorxu (müsəlmanların qələbəsi və ya məğlubiyyətinin səbəbi) barəsində bir xəbər çatsa, (araşdırmadan) onu yayarlar, halbuki əgər onu Allahın Peyğəmbərinə və özlərinin ixtiyar sahiblərinə həvalə etsəydilər, şübhəsiz onlardan araşdırma əhli olanlar onun həqiqətini dərk edərdilər (və bir çarə yolu tapardılar). Əgər Allah sizə lütf və mərhəmət göstərməsəydi, şübhəsiz ki, az bir qisminizi çıxmaqla, hamınız şeytana tabe olardınız”. (“Nisa” 83). İmam Əli (ə) buyurur: “Döyüşən insan həmişə ayıq və bəsirətlidir. Hər kim düşməndən rahat yatar, düşmən (ondan fərqli olaraq) yatmaz”. Odur ki, ayıq olmaq lazımdır. Lənətlik İblis yatmır, pusqudadır. /Deyerler.org/ Oxşar xəbərlər
|