Allah-taala Quranda Yezidi lənətləmişdir
Muhənna ibni Yəhya bir gün Əhməd ibn Hənbəldən soruşur: “Sizin Yezid ibni Müaviyyə (Allah hər ikisinə lənət etsin) haqqında nəzəriniz nədir?”. O, cavab verir: “Yezid həmin o kəsdir ki, böyük bir cinayət etdi və Peyğəmbərin (s) Mədinəsini qarət etdi”. Əhməd ibni Hənbəlin oğlu Saleh nəql edir: “Bir gün ona dedim: Atacan! İnsanlar bizə deyir ki, siz Yezidin dostlarındansınız”. O, cavabında deyir: “Oğlum! O kəs ki, Allaha və Qiyamət gününə iman bəsləyir, Yezidin dostu ola bilərmi?”. Dedim: “Bəs niyə onu lənətləmirsən?”. Əhməd ibni Hənbəl dedi: “Yezidi necə lənətləməyim ki, Allah onu lənətləmişdir?!”. Dedim: “Quranın harasında Allah Yezidi lənətləmişdir?”. Dedi: “O yerdə ki, buyurur: “Odur ki, sizdən (siz münafiqlərdən və imanı zəif olanlardan)İslamdan üz döndərəcəyiniz (və ya İslamda qüdrət və hakimiyyətə çatacağınız) təqdirdə yer üzündə fəsad törətmək və öz qohumluqlarınızı (qohumluq əlaqələrinizi) tamamilə kəsməkdən başqa bir şey umulur?! Onlar Allahın lənət etdiyi və (batini) qulaqlarını kar və (qəlb) gözlərini kor etdiyi kəslərdir”. (“Muhəmməd (s)” 22-23)”. O, davam etdi: “Oğlum! O zaman ki, Yezid hökumətə gəldi, ilk ildə qohumluq əlaqəsini kəsdi və Hüseyni (ə) öldürdü. İkinci il fəsad etdi, Mədinəni qarət etdi, qətllər etdi. Üçüncü ildə Kəbəyə cəsarət etdi. Məgər Hüseyni (ə) qətl etməkdən və üç gün Mədinədə qətliam etməkdən böyük fəsad vardırmı? Bu, o halda olmuşdu ki, Qureyşin böyüklərindən, mühacir və ənsarlarından öldürülmüşlərin sayı 700 və məşhur olmayan öldürülmüş insanların sayı 10 min nəfər idi ki, qadınlardan, kişilərdən, qullardan ibarət idi. İnsanlar qan dənizinə batmışdılar. O yerə çatır ki, qan Peyğəmbərin (s) qəbrinə qədər gəlib çatmışdı. Məscidlər qanla dolu idi. Ondan sonra Yezid əmr etdi ki, Məkkə şəhərində mancanaq qursunlar. Oranı yandırıb viran etdi. Halbuki Peyğəmbər (s) buyurmuşdu: “Hüseyni (ə) öldürən atəşdən olan tabutdadır və dünya əhlinin əzabının yarısını çəkir. Əl və ayaqlarını dəmir zəncirlərlə bağlamış və onu başı üstə atəşə salırlar”” /Deyerler.org/ Oxşar xəbərlər
|