Kafirlərin əzabının yenilənməsi
Mьəllif: admin1
Tarix: 7-08-2018, 09:10
Kafirlərin əzabının yenilənməsi
إِنَّ الَّذِينَ كَفَرُوا بِآيَاتِنَا سَوْفَ نُصْلِيهِمْ نَارًا كُلَّمَا نَضِجَتْ جُلُودُهُمْ بَدَّلْنَاهُمْ جُلُودًا غَيْرَهَا لِيَذُوقُوا الْعَذَابَ إِنَّ اللَّهَ كَانَ عَزِيزًا حَكِيمًا


"Şübhəsiz ki, ayələrimizi inkar edənləri (tezliklə) odda yandıracağıq. Hər dəfə onların dəriləri yandıqca, əzabı (daim) dadsınlar deyə, Biz o (dəriləri) başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir." (Nisa, 56).

İzah: Cəhənnəm əhlinin əzabının şiddəti və ağırlığı da Cənnət əhlinin rifah və asayişi kimi vəsfəgəlməzdir. Bu ayəyə görə, Cəhənnəm odu o qədər yandırıcıdır ki, əhlinin bədəninin dərisini qoparıb ayıracaqdır. Amma Allah kafirlərin bədəninə yeni dəri gətirəcək ki, yenidən bu əzabı dadsınlar.

Hədis: Bir nəfər İmam Sadiqdən (ə) soruşdu: “Yanan dəri başqası ilə necə əvəz oluna bilər?” İmam cavab verdi: “Əgər bir kərpici götürüb sındırsan və torpağa çevirsən, sonra qəlibə salıb başqa bir kərpic düzəldə bilməzsən? Bu yenə həmin kərpicdirmi? Bəli, həmin kərpicdir. Onda bir dəyişiklik yaranmışdır. Amma hər ikisi bir kərpicdir.” (Təfsiri-Qumi, c. 1, səh. 141).
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031