İnsan İlahi meyarların əksinə davranarsa, həm dünya, həm axirət bərəkətlərindən uzaqlaşar
Mьəllif: admin1
Tarix: 7-08-2018, 09:39
İnsan İlahi meyarların əksinə davranarsa, həm dünya, həm axirət bərəkətlərindən uzaqlaşar
Tək olan Allah yeganədir və tayı-bərabəri yoxdur. Heç kəs onunla bərabər ola bilməz. Ancaq insan hər nə qədər varlığında İlahi sifətləri inkişaf etdirərsə, daha çox Allaha yaxınlaşa bilər.

Ancaq bəzən Allahla bəndələri arasında böyük bir fasilə meydana gələr, bu zaman həmin insanlarda nəinki Xaliqin sifətləri görünməz, bəlkə onlar Allahın əksinə olan işləri özlərində büruzə verərlər.

İlahi meyarların əksinə olan insan davranışları onun axirət və dünya bərəkətlərindən uzaqlaşmasına səbəb olar. Bu uzaqlaşmaq sayəsində insan zəlil olar və Allahın verdiyi şərəfli varlığını xar edər.

Biz insanlar Allahdan çox uzağıq. Belə ki, gələcəyimiz haqqında düşünən zaman çalışırıq ki, daha çox şeylər əldə edək və əldə etdiklərimizi də bir yerə toplayaq. Çünki yoxsulluqdan və ehtiyaclı olmaqdan qorxuruq. Hətta o yerə çatır ki, bir yoxsul bizə ehtiyac əlini uzadan zaman onun əlini rədd edirik. Çünki qorxuruq ki, əgər əldə etdiklərimizdən ona versək, azalar və mal-dövlətimiz aradan gedər.

Halbuki, Kərim Allah Quranda bu mövzuya işarə edərək bildirmişdir ki, yoxsula yardım edən zaman sənin nəinki malın azalmır, əksinə Allah onu bir neçə bərabər artırır və bərəkətli edir.

“Mallarını Allah yolunda xərcləyənlərin (bu xərclərinin) misalı yeddi sünbül cücərdən və sünbüllərinin hər birində yüz(ədəd) dən olan toxum kimidir. (Deməli, Allah yolunda sərf edilən hər bir şeyin yeddi yüz qat mükafatı vardır). Allah istədiyi (və hikmətinin tələb etdiyi) şəxs üçün neçə qat artırır. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və biləndir”. (“Bəqərə” 261).

“Mallarını Allahın razılığını qazanmaq və ruhlarını (iman və əməl baxımından) möhkəmləndirmək üçün xərcləyənlər yüksəklikdə yerləşən və leysanın yağması nəticəsində iki qat meyvə vermiş bağ kimidir. Ora leysan yağmasa da, narın yağış yağıb (və o, otsuz qalmayıb). Allah əməllərinizi görəndir”. (“Bəqərə” 265).

Biz insanları Allahdan uzaqlaşdıran başqa bir cəhət odur ki, insan dünyasını dəyişəndə və onu həlak olmuş hesab edəndə, Allah bizə buyurur: “Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir”. (“Ali-İmran” 169).

Həqiqətən o kəslər ki, Allah yolunda can veriblər – onlar ölü sayılmır, diridirlər. Şəhidlərin həyatını dərk etmək biz insanlara çətin olsa da, ancaq bu, bir həqiqətdir.

Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və deyir: “Mənim iqtisadi vəziyyətim yaxşı deyildir”. Həzrət (ə) buyurur: “Get sədəqə ver”. Kişi ikinci və üçüncü dəfə yenə də öz halını İmama (ə) başa salmağa çalışır. İmama (ə) deyir ki, mən çörək əldə etməyim üçün belə nigaranam, ancaq siz deyirsiniz ki, get sədəqə ver.

Həzrət (ə) yenə buyurur: “Get sədəqə ver. Hətta axşam yemək üçün ayırdığın həmin çörəkdən bir tikə ver”. Kişi deyir: “Baş üstə” və gedir. Bir müddət sonra gəlir və İmama (ə) deyir ki, sizin dediklərinizi etdim və vəziyyətim yaxşılaşdı.

Bəzən insanlar ehtiyacı olan insanlara borc verməkdən boyun qaçırdırlar, halbuki Allah Təala buyurur ki, borc verən zaman sənin malın azalmaz, əksinə çoxalar. “Kim Allaha gözəl bir borc verməyə hazırdır ki, Allah (da) onu (qaytararkən) onun üçün neçə qat artırsın? (Ruzini) azaldan da, çoxaldan da Allahdır. Ona tərəf qaytarılacaqsınız”. (“Bəqərə” 245).

Biz insanları Allahdan uzaqlaşdıran başqa bir cəhət odur ki, biz həmişə insanların gözündə əziz olmaq istəyirik. Bunun üçün əlimizdən gələni edirik, bir yerə gedən zaman bir neçə nəfər ətrafımızda olur ki, başqaları da bizə hörmət etsinlər. Xülasə, izzət və böyüklüyü insanların arasında axtarırıq. Halbuki, Allahın hesabında bu məsələ tamamilə əksinədir.

İmam Əlidən (ə) gələn hədisdə oxuyuruq: “Təvazökarlıq ağacının meyvəsi – məhəbbət, dostluq, qəlbləri cəlb etməkdir. Təkəbbür ağacının meyvəsi – özünü üstün görmək, kin, düşmənçilik, düşmən qazanmaqdır”.

Həyatımızda hədəflərimiz vardır, ancaq bəzən bu hədəflərə yanlış yollarla gedib çatmaq istəyirik. Lakin əgər Qurana və hədisə söylənərək düz yolu tapa bilsək, hədəfimizə daha tez və rahat çata bilərik.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031