İnsana yalnız o elm faydalıdır ki, onu havayi-nəfsdən qoruyar və onu hidayət edər
Mьəllif: admin1
Tarix: 7-08-2018, 09:41
İnsana yalnız o elm faydalıdır ki, onu havayi-nəfsdən qoruyar və onu hidayət edər
İlahi peyğəmbərlər (ə) həmişə öz zamanlarının ən bilikli insanları olmuşdular. Ömürləri boyu çalışmışdılar ki, başqalarına da bu elmlərini çatdırsınlar və onları da bəhrələndirsinlər.

Bu peyğəmbərlərin (ə) ən mühüm İlahi vəzifəsi olmuşdur. Adətən peyğəmbərlərin (ə) əksər hissəsi yoxsul və ya az bir sərvətə malik olan insanlar olmuşdular. Ona görə də onların qoyub getdiyi əsl miras – elm olmuşdur.

Elm yaxşıdır, yoxsa sərvət?

Elm və bilik mənəvi məsələlərdən olduğuna görə, heç bir zaman azalmaz və onu paylaşan zaman əksinə, artar. Ancaq sərvət elə bir nemətdir ki, onu paylaşan zaman azalar.

Hər bir zəngin insan ömrü boyu topladığı malı qorumağa çalışar və buna görə bəzən gecələri belə yata bilməz. Ancaq elm elə bir xəzinədir ki, onu heç kəs oğurlaya bilməz. İnsan özü onun gözətçisidir.

Elm elə bir nemətdir ki, dünya və axirətdə insanla bir yerdə olar. Çünki sadəcə bu maddi həyata aid deyildir. Ancaq sərvət dünya malı olduğu üçün, insan öləndən sonra ondan məhrum olar.

Elm və bilik insana Sirat körpüsündən keçməyə yardım edər, halbuki sərvət ona mane olar. Həzrət Peyğəmbər (s) o elmi faydalı hesab edər ki, onun vasitəsilə insan havayi-nəfsinə qalib gələr. Həzrət (s) buyurur: “Hər kimin elmi onun hava-həvəsinə hakim olar, bu elm – faydalı elmdir”.

Əmirəl-möminin (ə) buyurur ki, elm insanı Allahın əmr etdiklərinə tərəf hidayət edər, yönləndirər. Həzrət (ə) buyurur: “Elm səni Allahın əmr etdiyinə tərəf hidayət edər”.

İmam Sadiqin (ə) nəzərinə görə isə elm o nurdur ki, Allah hidayət etmək istədiyi bəndənin qəlbinə salar. Həzrət (ə) buyurur: “Elm öyrənməklə deyildir, bu, nurdur ki, Allah Təala hidayət etmək istədiyi hər kəsin ürəyinə salar”.

Ona görə də elm istəyənsənsə, ubudiyyət yolunun yolçusu olmalısan və elmini bu yolda istifadə etməlisən. Hədislərimizdən belə nəticəyə gəlmək olur ki, o elm ki, insanları alimə möhtac edir, o elmdir ki, insan onun vasitəsilə ubudiyyətin həqiqətini əldə edər və nəfsinin yüyənini əlinə alar və nəticədə Allaha tərəf yollanar.

Bu cür elm insana dünya və axirət səadətini zəmanət edər. Bu cür elm nəinki hər bir dünya sərvətindən üstündür, əslində dünyadan və onda olan hər şeydən daha üstün və daha yaxşıdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031