Məhdəviyyəti inkar edənlərin mövqesizliyi
Əhli-təsənnün alimlərini Məhdəviyyət mövzusuna inanmaq baxımından iki yerə bölmək olar: bir dəstə ki, Məhdəviyyəti təsdiq edir və ona inanırlar.
Bir dəstə ki, birbaşa da olmasa, onu inkar edir və bu barədə gələn hədislərə etiqad bəsləmirlər. Bəs əhli-təsənnün arasında bu əqidə ziddiyyəti nə zamandan yaranmışdır? Səbəbkarı kim olmuşdur? Əgər tarixə nəzər salsaq görərik ki, Məhdəviyyət mövzusunu ilk inkar edən şəxs – İbni Xəldun olmuşdur. O zaman ki, İbni Xəldun öz fikirlərini deyir, əhli-təsənnün alimlərinin əksər hissəsi onunla müxaliflik edirlər. Onun bu fikrinin əleyhinə çoxlu kitab və məqalələr yazırlar. Çox təəssüf ki, bu fikir bəzi alim və yazıçılara öz təsirini qoydu və Məhdəviyyəti inkar edən başqa bir qol yarandı. Məhdəviyyəti inkar edən səbəblər nə olmuşdur? 1. İmam Məhdi (ə) ilə bağlı gələn hədislərə inanmamaq. Bu alimlər həmin hədisləri zəif hesab edir, ona görə də bu hədislərə etina etmirlər. 2. Məhdəviyyət barəsində düşünməyi ziyanlı hesab edirlər. Bu insanlar Məhdəviyyəti qəbul etməmək üçün deyirlər ki, məhz bu mövzu hakimlərin və siyasi partiyaların sui-istifadəsinə səbəb olur. Yəni, bu mövzunu irəli çəkən insanların niyyəti ondan ancaq sui-istifadə etməkdir. 3. Bu vədənin həyata keçməsini mümkünsüz hesab edirlər. İbni Xəldunun irəli çəkdiyi fikirlərdən biri də budur ki, Həzrət Məhdi (ə.f) zühurundan sonra qəbilələrin yardımına ehtiyac duyacaqdır. Halbuki, artıq heç bir qəbilə qalmamış olacaqdır ki, ona yardım etsin. Gördüyümüz kimi, Məhdəviyyəti inkar edənlərin mövqeləri çox zəifdir və heç bir elmi dəlilə söykənmir. Məhdəviyyət mövzusu həmişə əhli-təsənnün alimlərinin diqqət mərkəzində olan mövzulardandır. İbni Xəlduna qədər hamı onun bir həqiqət olduğunu qəbul edirdilər. Ancaq çox təəssüf ki, İbni Xəldundan sonra bu barədə fikir ayrılığı yarandı və əhli-təsənnün bu mövzuda iki dəstəyə ayrıldılar. /Deyerler.org/ Oxşar xəbərlər
|