Niyə bu dua, faydasız və mənasızdır?
Allah-taala insanı kəramət və izzət sahibi olan ən şərəfli varlıq yaratmışdır. O zaman ki, bu varlıq özünün dəyərini bilməz və özünü cəhənnəmə satar – o zaman ən aciz istəklərini dilinə gətirər. Və çox təəssüf ki, həmin bu istəklərin yerinə yetməsi o zaman mümkünsüz olur.
O, deyər: «Ey Rəbbimiz, bizi buradan çıxar (və dünyaya qaytar). Beləliklə, əgər (bir daha küfr və günah azğınlığına) qayıtsaq, deməli onda mütləq zalımıq». (“Muminun” 107). İnsan cəhənnəmdəki halını görəndən sonra dərk edir ki, nə qədər özünə zülm etmiş və öz dəyərini bilməmişdir. Ona görə də əlini Allaha tərəf qaldırar və acizanə olan istəyini dilə gətirər. Onun bu çarəsiz dua etməsinin səbəbi budur ki, vaxtını boşa xərcləmiş və Allahın buyurduqlarını qulaqardına vurmuşdur. Amma artıq gecdir. Hər nə qədər tövbə etsə də, nə də qədər yalvarsa da – faydasızdır. “(Onlar dünyaya qaytarılmaq arzusunda səmimi deyildirlər,) əksinə, qabaqcadan gizlətdikləri şey onlara aşkar olub. Əgər (dünyaya) qaytarılsalar, mütləq (yenə də) çəkindirildikləri şeyə qayıdarlar. Şübhəsiz, onlar yalançıdırlar”. (“Ənam” 28). Allah Təala bu günahkarların nalələri qarşısında buyurar: “(Allah) buyurar: «Orada zəlil vəziyyətdə sakit və uzaq olun, Mənimlə əsla danışmayın!»”. (“Muminun” 108). Allah Təala onlara onlara buyurur ki, sakit olun və Mənimlə əsla danışmayın. Onlar insanlıq ləyaqətini əldən veriblər və Allahın onlara verdiyi şərəf və kəramətin qədrini bilməyiblər. Ona görə də Allah onlara aşağı varlıq kimi baxır və onlara bu məxluqlara xitab olunan kimi xitab edir. /Deyerler.org/ Oxşar xəbərlər
|