Quran işığında: Münafiqlər…
Rəhman və Rəhim Allahın adı ilə
Münafiqlər Allaha and içirlər ki, həqiqətən, onlar sizdəndirlər. Halbuki sizdən deyillər. Onlar sizdən qorxan bir qövmdürlər. Ayənin mesajları: -Münafiqlər işdə yalan anddan istifadə edirlər. -Münafiqin tövbəsinin qəbuluna, onun iddialarına inanmağa tələsməyin. Çünki onlar yalançıdırlar. -Münafiqlərin həqiqi simasını ifşa etmək zəruridir. -Qorxu və dəhşət münafiqin digər nişanələrindəndir. Əgər münafiqlər sığınacaq, mağara və ya qaçmağa yol tapsaydılar, şübhəsiz ki, tələsik ora üz tutardılar. Ayənin mesajları: – Münafiq mövcud vəziyyətdən qaçmaq üçün fürsət sorağındadır. -Münafiqlərdə İslam cəmiyyətindəki mühitə dözüm yoxdur. (Münafiqlər avara həyat tərzi keçirir və müsəlmanlarla birlikdə yaşamaq onlar üçün dözülməzdir.) -Var-dövləti və ailə-övladı olduğu halda İslam həyat tərzindən sıxılmaq münafiqlərin dünyəvi əzab nümunələrindəndir. -Münafiqlər möminlərlə dava-dalaşda itidirlər. Nur təfsiri, Tövbə surəsi, ayə 56,57 Oxşar xəbərlər
|