Peyğəmbərimizin (s) nübuvvət yükü necə yüngülləşdirildi?
Mьəllif: admin1
Tarix: 11-08-2018, 15:18
Peyğəmbərimizin (s) nübuvvət yükü necə yüngülləşdirildi?
Hikmət elə bir İlahi nemətdir ki, gərək insan bədənində yer alsın. Onun sakin olduğu məkan isə, ən müqəddəs məkan olan insan qəlbidir.

Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “Allahın yerdə (feyz) qabları vardır. Bilin ki, bu qablar – həmin qəlblərdir. Allah yanında onların ən sevimlisi – daha riqqətlisi, səfalısı, sərt olanıdır”. (Sərt deyildikdə, burada düşmənlərin heç birindən qorxmamaq nəzərdə tutulur).

Əlbəttə, qəlb o zaman İlahi feyzi qəbul edər ki, günah və şübhələrdən uzaq olar. İmam Əli (ə) buyurur: “Pak təbiətli bəndələrin qəbləri – Allahın məkanıdır. Ona görə də hər kim qəlbini pakizə edər, Allah ona lütf nəzəri salar. Əgər belə olarsa, Allah ona sinə genişliyi əta edər. O da bütün yaxşılıqların və başqa bərəkətlərin nazil olmasının başlanğıcı olar”.

Allah Təala Quranda buyurur: “Beləliklə, Allah (gözəl keçmişinə xatir) hidayət etmək istədiyi şəxsin sinəsini İslam(ı qəbul etmək) üçün açar.

Olduğu azğınlıqda boşlamaq istədiyi şəxsin sinəsini isə möhkəm tutaraq daraldar, sanki o əziyyətlə səmada yuxarı qalxır. Allah beləcə, iman gətirməyən kəslərin üzərinə murdarlıq qoyar”. (“Ənam” 125).

Şərhi-sədr (geniş qəlb) – Allahın ən böyük nemətlərindəndir ki, bir çox digər nemətlərin başlanğıcı sayılar. Bu nemətin əzəməti o həddədir ki, Allah Təala Öz Peyğəmbərinə (s) buyurur: “Məgər Biz sənin sinəni (köksünü)genişləndirmədikmi? (Sənə bolluca səbir və hövsələ vermədikmi ki, böyük bir tutumla Xaliqə yetişmək və insanlarla rabitə qurmaq məqamını özündə yerləşdirəsən, elmlər, hikmət və din hökmlərinin mədəni olasan, İlahi mənbədən vəhy almaq və bəşər cəmiyyətinə onu yetirmək istedadına malik olasan və insanlara rəhbərlik və ümmətə atalıq edəsən). Və (nübuvvət)yükünün ağırlığını səndən götürmədikmi? (Onu sənin üçün yüngül etmədikmi?)”. (“Şərh” 1-2).

Bu cür insanın qəlbi güclü və sağlam olar. Allahın müsibətləri qarşısında səbir edər, mülayim və səbirlidir. Allah tərəfindən ona çatan hər şeyə razı olar.

O zaman ki, “Şərhi-sədr” ayəsi nazil olur, Həzrət Peyğəmbərin (s) səhabələri deyirlər: ““Şərhi-sədr”in mənası nədir?”.

Həzrət (s) buyurur: “Elə bir nurdur ki, Allah onu hər kimin istəsə qəlbində yerləşdirər. Bu vasitə ilə sinəsini açıq və geniş edər”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031