Az yeməyin bədən və ruha 10 müsbət təsiri
Az yeməyin və ac qalmağın bir çox faydaları vardır ki, onlara işarə edək:
1. Ruh və cismin sağlam qalması. İmam Sadiq (ə) buyurur: “Az yemək - bütün dünya insanları yanında bəyənilən sifətlərdəndir, zahir və batinin faydasınadır”. İnsan qəlbi üçün çox yeməkdən təhlükəli bir şey yoxdur. Çox yemək iki şeyi irs qoyar: a) Qəlb qəsavətini. b) Gizli şəhvəti təhrik etməyi. Çox yeməmək - qəlb və ruh üçün ən gözəl dərmandır. İmam Sadiq (ə) buyurur: “Hər dərd və xəstəlik çox yeməkdən və həzmsizlikdən hasil olur, hərarətdən başqa”. İmam Kazım (ə) buyurur: “Əgər insan yeyən zaman mötədil olarsa, bədəni sağlam qalar”. İmam Əli (ə) buyurur: “Aclıq və xəstəlik bir yerə sığışmaz”. “Çox yemək adətindən çəkinin. Bu iş xəstəliklərin və dərdlərin mənbəyidir”. “Az yemək - nəfsi əziz və sağlamlığı davamlı edər”. 2. Pak düşüncə. İmam Əli (ə) buyurur: “Hər kim yeyən zaman ölçüsü olarsa, sağlamlığı artar və düşüncəsi sağlam qalar”. İmam Səccad (ə) buyurur: “Hər kim Allahı düşünər, Ondan qorxar, Onun üçün iş görərsə, gərək özünü aclıqla təmrin etsin”. 3. Yeməkdən ləzzət almaq. İmam Hadi (ə) buyurur: “Gecə oyaq qalmaq - yuxunu şirin və aclıq - yeməyi ləzzətli edər”. 4. Allah yanında ən sevimli əməl. Həzrət Peyğəmbər (s) buyurur: “Nəfsinizlə cihad edin, aclıq və susuzluğunuzla. Əcri o kəsin əcri kimidir ki, Allah yolunda cihad edər. Allah yanında aclıq və susuzluqdan daha sevimli əməl yoxdur”. 5. Hesabı asan edər. İmam Əli (ə) buyurur: “Hər kim yeməyi az olarsa (yəni az yeyərsə), az hesab verər”. Peyğəmbər (s) buyurur:“Xoş olsun o insanın halına ki, yemək yeməsin və aclıq çəksin. Çünki onlar qiyamət günü tox olarlar”. 6. İlahi Övliyaların zümrəsinə daxil olar. Həzrət Peyğəmbərdən (s) souşurlar: “Alicənab insanların əlaməti nədir?”. Həzrət (s) buyurur: “Dünyada zindanlıdırlar. Dillərini çox danışmaqdan saxlayarlar. Qarınlarını çox yeməkdən saxlayarlar”. 7. Mələklərin sevimlisi olar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim haqqı çoxlu təsbih edər, az yeyər və az içər, az yatar, mələklər onun müştaqı olarlar”. 8. Hikmət əta olunar. Həzrət Peyğəmbər (s) buyurur: “Hikmət nuru - aclıqdır. Toxluq Allahdan uzaqlaşmaqdır. Ona görə də tox olmayın ki, mərifət nuru qəlblərinizdə sönər”. 9. İbadət. Həzrət Peyğəmbər (s) buyurur: “Az yemək - ibadətdir”. 10. Qəlbin Allahı görməsi. Həzrət İsa (ə) buyurur: “Ciyərlərinizə aclıq verin. Bəlkə bu yolla qəlbləriniz Allahı görsün”. (Deyerler.org) Oxşar xəbərlər
|