Bizi də Allahın dininə dəvət edən "carçı" varmı?
Mьəllif: admin1
Tarix: 20-06-2022, 10:13
Bizi də Allahın dininə dəvət edən "carçı" varmı?
Quran ayələri yaradılışın hədəfini və insanın vəzifələrini aşkar şəkildə bəyan edir:

"Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım" (İbadətdən başqa bir şey üçün yaratmadım) (Zariyat-56)

Bu ayə qısa və konkret şəkildə insanın nə üçün var olduğunu açıqlayır. Həm də insanın nə etməli olduğunu bildirir. İnsanın yeganə vəzifəsi Rəbbini tanıması və ibadətdir.

Təbi ki, ibadət anlamaı hər hansı müəyyən formalı və göstərişli əməllərlə məhdudlanmır. Əksinə ibadət ümumi mənada olub Allaha bəndəçilik mənasındadır. İnsanın həyatının bütün sahələrində Allahı anması və itaət etməsi mənasındadır. Bu itaət həm Allah tərəfindən göstərişli əməllərə, həm də insanın hər anına aiddir.

Məsələn həyatımızda gündəlik baş verən adi su işmək belə, su içilərkən Allah yad edilərsə, su ilahi nemət kimi anılarsa, bu adi əməl ibadətə çevrilir. Bununla yanaşı insanda imanı kamilliyə doğru formalaşdırır.

Quran imanı hər şeyin əsası, inkişafın qayəsi, günahların paklayıcısı, yaxşılığın meyarı, axirətin üzü ağlığı hesab edir və buyurur:

رَبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلْإِيمَانِ أَنْ آمِنُوا بِرَبِّكُمْ فَآمَنَّا ۚ رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الْأَبْرَارِ


- "Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!”– deyə imana çağıran bir kimsənin (carçı) çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxılarla (salrhlərlə) bir yerdə al!" -

Ayə iman gətirənlərin dilindən zikr olunur. Möminlər peyğəmbəri (s) Allah dininin carçısı olaraq qəbul edir və itaət edərək Allahın rəhmətinə ümid edirlər. Onların arasında Allahın nəbisi var idi. Onların arasında allahın carçısı var idi.

Ayənin təfsirində qeyd olunur ki, bu ayə Həzrət peyğəmbər hicrətin ardınca Mədinəyə yetişdikdən və İmam Əli (ə) özü, peyğəmbər (s) xanımlarını və bir dəstə mömini sağ-salamat aparıb Mədinəyə yetişdirdikdən sonra nazil olur. (Təfsiri Nur)

Zaman-zaman Allah elçiləri gəlmiş, insanları Rəhman Allaha doğru səsləmişlər. Allahın əzabı ilə qorxutmuşlar. Həzrəti adəm ilk insan olmaqla bərabər həm də ilk nəbi, ilk carçıdır. Bəşər var olandan daima haqq carçıları olmuşdur. İnsanlar arasında Allahın elçiləri olmuş, zaman-zaman dəyişən şəriətlər olsada eyni əqidəyə və ədalətə səsləyən carçılar olmuşdur. Elə isə sonuncu nəbi, haqq carçısı göndəriləndən bəri bizim vəzifəmiz nədir?

Bəs bizi Allahın əzabı ilə təhdid edən yoxdurmu?

Din köhnəlmiş bir məfhum olaraq yazlnız keçmişlərin əhvalatıdırmı?

Əvvəlkilərdən fərqli olaraq öz başımızamı buraxılmışıq?

Biz Allahın bəndəsi deyilikmi?

Biz də bəndə olaraq Allah qarşısında öhdəlikli və sorumlu deyilikmi?

Bütün bunlar üçün bizim vəzifəmiz yoxdurmu? Varsa nədir?

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031