Haram və napak qidadan çəkinmək
Mьəllif: admin1
Tarix: 13-08-2018, 22:07
Haram və napak qidadan çəkinmək
يَا أَيُّهَا النَّاسُ كُلُوا مِمَّا فِي الْأَرْضِ حَلَالًا طَيِّبًا وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ


"Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir." (Bəqərə, 168).

İzah: İslam dini qidanın halal və pak olmasına xüsusi diqqət yetirmişdir. Buna səbəb odur ki, haram və napak qida insan ruhunda dağıdıcı və əvəzolunmaz izlər buraxır və ümumilikdə onun imanını öz təsiri altına salır.

Daşürəklilik bu təsirlərin ən önəmlisidir. İmam Hüseyn (ə) öz dönəminin insanlarının doğru yoldan azmasının kökünü haram yeməkdə, nəticədə isə qəlblərinin daşlaşmasında görür.

Bu gün də cəmiyyətdə bəzi yanlışların yayılmasının və xalqın dindən qaçmasının əsas səbəbini onların süfrəsində yer alan haram tikədə görmək olar.

Bizim din böyüklərimiz haram tikənin məşum nəticələrindən o qədər qorxurdular ki, şübhəli qidanı məsrəf etməkdən də imtina edirdilər.

Hədis: İslam peyğəmbəri (s): “Haram loğma yeyənin namazı qırx gün qəbul olunmaz.” (Biharul-ənvar, c. 63, səh. 314, hədis: 7).
Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031