Quran işığında: Biganələr…
Rəhman və Rəhim Allahın adı ilə
Onları rahat burax ki, yeyib-içsinlər, bəhrələnsinlər, arzuları başlarını qatsın. Tezliklə biganəliklərinin acısını anlayacaqlar. Ayənin mesajları: -Təbliğ və tərbiyədə vaxtınızı ləyaqətsiz insanlara sərf etməyin. -İnsan bə’zən küfrdə elə qərq olur ki, peyğəmbərlərin dəlil və xəbərdarlıqları da onu oyatmır. – İnsanı qəflətdə saxlayan, onun başını qatan arzular yersizdir. Amma insanı işə təşviq edən arzular yaxşıdır. -Allahın verdiyi möhləti Onun lütf və mərhəmət nişanəsi saymayaq. (Bə’zən həkim xəstənin adamlarına deyir: “Bu xəstəni rahat buraxın, istədiyini yesin. Çünki iş-işdən keçib.) Nur təfsiri, Hicr surəsi, ayə 3 Oxşar xəbərlər
|