İntihar
Mьəllif: admin1
Tarix: 15-08-2018, 09:30
İntihar
وَأَنْفِقُوا فِي سَبِيلِ اللَّهِ وَلَا تُلْقُوا بِأَيْدِيكُمْ إِلَى التَّهْلُكَةِ ۛ وَأَحْسِنُوا إِنَّ اللَّهَ يُحِبُّ الْمُحْسِنِينَ


"(Malınızdan) Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir." (Bəqərə, 195).

İzah: İslamda intiharın haram olması çox aydındır. Allah, insana xüsusi hörmət vermişdir və həyat neməti Allahın ən üstün nemətlərindəndir (Nisa, 29).

Ona görə də belə bir neməti almaq Allaha nankorluq və Rəbbin işinə qarışmaqdır. İntihar hansı səbəbdən olursa olsun, Allaha imanın zəifliyindən, həmçinin məada inamsızlıqdan mənşə alır.

Çünki fərd özünü öldürməklə dünya acılarından xilas olmaq istəyir. Amma bilmir ki, onu daha çətin ağrı-acılar və əzablar gözləyir.

Qeyd edək ki, canını təhlükəyə atmaq da intiharın müqəddiməsi və İslama görə haramdır. Yuxarıdakı ayə bu mətləbə işarə edir.

Çox təəssüf doğurur ki, bəzi müsəlmanlar əsassız, ağıla və məntiqə sığmayan əsaslandırmalarla intiharçı hücuma təşəbbüs göstərirlər. Hansı ki, Quranın aydın buyruğuna ziddir.

Hədis: İmam Sadiq (ə): “Kim bilərəkdən özünü öldürsə, əbədi olaraq Cəhənnəm odunda yanacaqdır.” (Kafi, c. 7, səh, 45, hədis: 1).


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031