Yoxsul kişinin Uca Allaha verdiyi sual
Mьəllif: admin1
Tarix: 31-08-2022, 20:47
Yoxsul kişinin Uca Allaha verdiyi sual
. Yoxsul kişi öz güzəranından çox nigaran və pərişan idi. Bir gün əlini göyə qaldırıb, Allaha xitab etdi: “Allahım! Mən niyə bu qədər yoxsulam?”.

Allahdan xitab gəldi: “Çünki bəxşiş etməyi öyrənməmisən”.

Kişi dedi: “Axı bir şeyim yoxdur ki, onu bağışlayam”.

Allah buyurdu: “Xeyr, bəzi şeylərin vardır:

Bir üz ki, onunla gülümsəyə bilərsən.

Bir ağız ki, onunla yaxşı sözlər danışa bilərsən.

Bir qəlb ki, onu başqaları üçün aça bilərsən.

Gözlərin ki, onlarla başqalarına xoş niyyətlə baxa bilərsən.

Həqiqi yoxsulluq – ruhi yoxsulluqdur”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031