Şükür edənlər, ləzzət alanlar, sevənlər, ariflər – ixlasın mərtəbələri
Mьəllif: admin1
Tarix: 18-08-2018, 21:28
Şükür edənlər, ləzzət alanlar, sevənlər, ariflər – ixlasın mərtəbələri
İxlasın müxtəlif dərəcə və mərtəbələri vardır.

1. Şükür edənlərin mərtəbəsi. Şükür edənlər o kəslərdir ki, Allaha pərəstiş edir və ibadət edirlər ki, sonsuz nemətlərin şükrünü əda edə bilsinlər. “Və (dil, əməl və ya təbiətinizlə) Ondan istədiyiniz hər bir şeydən sizə əta etdi. Və əgər Allahın nemətlərini saysanız, sayıb hesablaya bilməzsiniz. Həqiqətən insan çox zalım və nankordur”. (“İbrahim” 34).

2. Müqərrəbinlərin mərtəbəsi. Müqərrəbinlər o kəslərdir ki, Allaha yaxınlaşmaq üçün Allaha pərəstiş edərlər.

3. Həya əhlinin mərtəbəsi. Onlar elə insanlardır ki, onların itaət və ibadətdəki hədəfləri – Allahdan həya etməkdir. Çünki Allahın onların daxilindən xəbərdar olduqlarını yaxşı bilirlər. Ona görə də həya edirlər.

4. Ləzzət əhlinin mərtəbəsi. Bu insanlar o kəslərdir ki, İlahi ibadət və itaətdən həddən artıq ləzzət alırlar və bu ləzzəti dünya ləzzətləri ilə müqayisə etmək olmaz. İmam Sadiqdən (ə) nəql edirlər: “Allah buyurur: “Ey, Mənim sadiq bəndələrim! Dünyada Mənim ibadətimdənbəhrələnin ki, tezliklə axirətdə ona görə bəhrə aparacaqsınız””.

5. Sevənlərin mərtəbəsi. Sevənlər o kəslərdir ki, İlahi ibadət və itaətin ən yüksək dərəcəsinə çatıblar. Necə ki, Allah onlar haqqında buyurur: “ Allah onları sevir və onlar da Allahı sevirlər”.

6. Ariflərin mərtəbəsi. Onlar o kəslərdir ki, ibadətdəki hədəfləri – Allahı pərətişə layiq görməkləridir. İmam Əli (ə) buyurur: “MənimMəbudum! Sənə atəşinin qorxusundan və behiştin tamahından ibadət etmirəm. Yalnız Səni ibadətə layiq bilirəm”.

Allah Təala bizlərə ixlaslı durum nəsib etsin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031