Bu gün İmam Kazımın (ə) Bəsrə zindanına məhbus olaraq göndərildiyi gündür - 7 zilhiccə
Mьəllif: admin1
Tarix: 19-08-2018, 15:01
Bu gün İmam Kazımın (ə) Bəsrə zindanına məhbus olaraq göndərildiyi gündür - 7 zilhiccə
İmam Kazim (ə) Allahın höccəti, 7-ci imamıdır. Bu gün o Həzrətin Mədinədən Bəsrə şəhərinə sürgün edildiyi gündür. İmam Kazımın (ə) sürgün olunması ilə Peyğəmbər (s) övladlarına zülmün yeni mərhələsi, sürgünlər və həbslər mərhələsi başlayır.

İmam Rzanın (ə), İmam Kazimin (ə) digər övladlarının aqibəti də bu cür başlayır. Buna misal olaraq Məşhəd şəhərində İmam Rzanı (ə), Bağdada İmam Cavadı (ə), Bakıda Hökümə Xanımı, Qum şəhərində Məsumə Xanımı, İsfahan və Rəştdə İmam Kazımın (ə) digər iki qızını, Samirrada İmam Hadini (ə) və İmam Həsən Əskərini (ə), digər İslam coğrafiyalarına, o cümlədən Azərbaycana sürgün edilmiş digər imamzadələri (ə) misal çəkmək olar.

İmamın (ə) yaşadığı dövrü İslam tarixinin ən mürəkkəb vaxtlarından biri hesab etmak olar. Bu dövr Əməvilərin süqut edib Abbasilərin qüdrətlənən vaxtına təsadüf edir.

Bu həm Əməvilər, həm də Abbasilər üçün də ağır bir dönəm idi. Abbasilərin iqtidar əldə etməsinə baxmayaraq Əməvilər tam süqut etməmişdi.

O Həzrət, İmam olduğu otuz beş il ərzində adları çəkilmiş bu xəlifələr onun həməsri olmuşdur:

Mənsur Dəvaniqi (137-158 h.q);
Məhdi adı ilə tanınmış Məhəmməd. (158-169);
Hadi (169-170);
Harun (170-193).

İmam Kazım (ə) imamət arasında ən çox zindan həyatı yaşayan imamdır. Digər xəlifələrin zamanında İmam (ə)nəzarət altında yaşasa da Harun Ər-Rəşid zamanında bu nəzarət zindan həyatı ilə əvəz oldu.

Hicrətin 179-cu ilində İmam (ə), Abbasilərin zalim və qəddar xəlifələrindən biri olan Harun ər-Rəşidin göstərişi ilə həbs edilir və məcbur şəkildə Bəsrəyə sürgün edilir.

Harun, İmamı (ə) şəxsən Bəsrə hakimi İsa ibn Cəfərin zindanına saldırır və ona tapşırır. Lakin Bəsrə hakimi Haruna məktub yazaraq İmamı (ə) başqa yerə göndərilməsi üçün xahiş edir. Harun onun bu istəyini qəbul edərək İmamı (ə) Bağdada sürgün etdirir.

İmam (ə) birinci həbs müddətində Bəsrədə bir ilə yaxın saxlanılır və bu müddətdə Harun tərəfindən zəhərlənməsinə, qətl edilməsinə göstəriş verilməsinə baxmayaraq kimsə buna cürət etmir. İmam bir illik Bəsrə həbsindən sonra Bağdada aparılır.

İmam (ə) Bağdada olduğu müddətdə də Harun öz vəziri Fəzl bin Rəbiidən tələb edir ki, İmamı (ə) şəhadətə yetirsin. Lakin vəzir bunu qəbul etmir.

Lakin sonra hicri 183-cü ilində Sindi bin Şahik adlı bir nəfər Harun Ər-Rəşidin və xilafətinin qazisi olan Yəhya bin Xalid Bərməkinin göstərişi ilə İmamı (ə) zəhərləyib şəhadətə yetirir.



(İslaminSesi.info)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031