Zikr Allahın bəndələri yad etməsinə səbəb olur
فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُوا لِي وَلَا تَكْفُرُونِ "Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Mənə nankorluq etməyin!" (Bəqərə, 152). İzah: Zikrin həqiqi mənası Yaradana tam qəlbi ilə diqqət etməkdir. Allahı yad etməyin birbaşa nəticəsi Onun da Öz bəndəsini yad etməsi və ona Öz lütfünü nazil etməsidir. Buna görə də zikrin ən mühüm faydası Allah sevgisi, Allah sevgisinin də nəticəsi Onun nemətlərinin insanın üzərinə yağmasıdır. Yuxarıdakı ayədə Allahın qarşılıqlı olaraq zikr edən bəndələrini yad etməsinə işarə olunmuşdur. Hədis: İmam Sadiq (ə): Allah-Taala buyurmuşdur: “Ey Adəm övladı! Öz daxilində məni yad et ki, Mən də daxilən səni yad edim. Ey Adəm övladı! Məni xəlvətdə yad et ki, Mən də səni xəlvətdə yad edim. Məni cəmiyyət arasında yad et ki, səni sənin cəmiyyətindən daha yaxşı cəmiyyət arasında yad edim.” (Məhasin, səh. 39, hədis: 34). Oxşar xəbərlər
|