Yezidin göndərdiyi muzdlu qatillər və İmam Hüseynin (ə) Məkkəni tərk etməsi – 8 zilhiccə
Mьəllif: admin1
Tarix: 20-08-2018, 09:59
Yezidin göndərdiyi muzdlu qatillər və İmam Hüseynin (ə) Məkkəni tərk etməsi – 8 zilhiccə
Bu gün hicri təqvimi ilə zilhiccə ayının 8-i və ilin sonuncu ayıdır. Zilhiccə 4 haram aydan biri olmaqla yanaşı həm də ibadət ayı, xüsusən də Hacc ayı kimi tanınır. Böyük Hacc mərasimi bu ayda keçirilir.

İslam tarixində, hicrətin 60-ci ilində, bu ayda bir çox mühüm hadisələr baş verib. O cümlədən İmam Hüseyn (ə) məhz bu gündə həcc əməllərini yarımçıq saxlayıb,Kufəyə tərəf hərəkət üçün yola çıxır.

Bunun bir neçə mühüm səbəbi vardır. Kufəlilərin dəvəti ilə rəcəb ayında Mədinəni tərk edən İmam (ə), Müslim ibn Əqili elçi olaraq Kufəyə yola salmışdı. Bu günlərdə Müslimin məktubu İmama (ə) yetişdi və o, İmamı (ə) təcili Kufəyə çağırırdı.

Həmçinin İmamın (ə) Məkkəni tərk etmə səbəblərindən biri də, Yezidin göndərdiyi 30 nəfər muzdlu qatilin Məkkəyə daxil olması idi. Bu qatillər zilhiccənin 8-i, bu gün zəvvar surətində Məkkəyə daxil olurlar. Lakin onların məqsədi İmamı (ə) qətlə yetirmək idi.

Hicrətin 60-ı ili, zilhiccənin 8-i İmam Hüseyn (ə) Kufəlilərdən yetişən dəvətə cavab olaraq Məkkəti tərk etdi və İraqa tərəf hərəkətə başladı. İmam (ə) bu hərəkətə başlamaqla həm Yezidin mənfur planını alt-üst etdi, həm də öz böyük hədəfinə yetişmək üçün Kərbəlaya tərəf yol aldı.

İmam Hüseyn (ə) özünü və yaxınlarını fəda etməklə müsəlmanların daxilindəki qəzəb atəşini şölələndirdi. Bu da, neçə illər möhkəmlənmiş Əməvi xanədanının sütunlarını titrədib, məhvinə doğru rəvac verdi.



(İslaminSesi)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031