Spirtli içki və qumar Şeytan fitnəsinə zəmin yaradır
إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَنْ يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدَّكُمْ عَنْ ذِكْرِ اللَّهِ وَعَنِ الصَّلَاةِ فَهَلْ أَنْتُمْ مُنْتَهُونَ "Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?" (Maidə, 91). İzah: İslam fiziki sağlamlığı qorumaq və cəmiyyətin təhlükəsizliyini və əqli inkişafını artırmaq üçün spirtli içki içməyi ən sərt şəkildə pisləmişdir. Kefləndirici içkilər və qumar Şeytanın iki aldadıcı vasitəsidir ki, onunla Allahı bəndələrə unutdurur və qəlblərini qəflətə salır. Səbəbsiz deyil ki, İslam möminləri spirtli içki içənlərlə yoldaşlıq etməyi təkidlə qadağan etmiş və onları namazı tərk edənlərdən daha pis adlandırmışdır. Çünki kefləndirici içkilərə aludə olmaq təhlükəsi özü ilə binamazlığı da gətirir. Bilirik ki, kefləndirici içkilərin hökmü müşriklərin ona çox aludə olduğu üçün tədriclə elan olundu. Yuxarıdakı ayə bu mətləbə işarə edən beşinci ayədir. Ayənin sonundan anlaşıldığına görə, kefləndirici içkilərə aludə olmaq qafillərin qəlbinə elə yer edir ki, heç bir dəlil və məntiqlə onu tərk etməyi qəbul etməyə razılaşa bilmirlər. Hədis: İmam Sadiq (ə): “Kefləndirici içkilər bütün günahların mənşəyidir və kefləndirici içki içən Allahın kitabını yalan sanır. Çünki əgər ona inansaydı, haramını halal etməzdi.” (Kafi, c. 6, səh. 403, hədis: 4). Oxşar xəbərlər
|