Əməlsiz alimlərin bəzisi İmam Zaman ağaya (ə.f) qarşı qiyam edəcək, amma cəzalarına çatacaqlar
Mьəllif: admin1
Tarix: 20-08-2018, 17:07
Əməlsiz alimlərin bəzisi İmam Zaman ağaya (ə.f) qarşı qiyam edəcək, amma cəzalarına çatacaqlar
Bəzi alimlər “müqəddəs” qiyafə altında, zəif imana malik olan insanları yolundan azdırar və haqqa qarşı mübarizə etməyə vadar edərlər.

Bu alimlər əməlsiz alimlər adı ilə məşhurdurlar ki, axirətdə onları böyük əzab gözləyir. Bu insanlar dindən dəm vursalar da, həmişə İlahi hüccətə qarşı çıxar və ona qarşı kin-küdurət yaradarlar.

Ancaq hədislərimizin buyurduğuna görə, İmam Zaman ağa (ə.f) bu alimləri lazımi dərəcədə cəzalandıracaqdır.

İmam Baqir (ə) bu haqda buyurur: “O zaman ki, Əmr Sahibi (ə) İlahi əhkam və Peyğəmbər (s) sünnəti əsasında hökm edəcəkdir, bir dəstə məsciddən çıxıb, Həzrətlə (ə.f) dava etməyə çalışacaqdır. İmam Zaman (ə.f) da öz dostlarına əmr verəcəkdir ki, müqəddəs qiyafəyə bürünmüş bu dindarları həbs edib, əməllərinə görə cəzalandırsınlar.

Məhdinin (ə) dostları onları Kufənin xurma satılan yerində həbs edib, qətl edəcəklər.

Bu, Həzrət Qayimə (ə) qiyam edən son dəstə olacaqdır”.

İmam Əli (ə) də bu barədə Malik ibni Zəmrəyə buyurur: “Ey Malik! O zaman ki, bizim Qaim (ə.f) qiyam edəcəkdir, Allaha və Peyğəmbərə (s) yalan bağlayan və Əhli-Beyt (ə) davamçıları arasında münaqişə yaradan 70 nəfər əməlsiz alimi insanların arasından çıxardıb, hamısını qətl edəcəkdir”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930