Nə zamandan Kəbənin üzərinə qara parça örtüblər?
Kəbənin üzərində olan qara parça hal-hazırkı dövrə aiddir. Ancaq əgər tarixə nəzər salsaq, görərik ki, Kəbənin üzərinə başqa rənglərdə olan parçalar örtülərmiş.
İbni İshaq nəql edir: “Peyğəmbərin (s) zamanında Kəbənin üzərinə Misirdə toxunma ağ rəngli parça örtərdilər. Peyğəmbərdən (s) sonra isə Qəbati parçalar örtməyə başladılar”. Bu parçaların rəngi bəzən yaşıl olurdu, bəzən də qırmızı. Bəzən də müxtəlif rənglərə malik olan bir neçə parça ilə örtülürdü. Nasir Abbasinin dövründə Kəbə üçün yaşıl parça hazırlamışdılar. Ancaq onun xilafətinin son illərində bu parçanın rəngini qara rənglədəyişdirdilər. O gündən sonra Kəbənin üzəri Misirdə toxunmuş qara parça ilə örtülməyə başladı. Mələkşah Səlcuqinin zamanında isə parçanın rəngi sarı idi. 1221-ci ildən 1229-cu ilə qədər Hicaz əhli bu parçanı toxumaq iftixarına çatdılar. İlk parçaları qırmızı ipəkdən olmuşdu. Sonrakı illərdə onu qara rəngli ipəklə əvəz etdilər. Həcc mərasimi zamanı bu pərdə qaldırılır və yerinə ağ parça örtülür və həcc bitəndən sonra isə Kəbənin üzərinə yeni toxunmuş parça örtərlər. /Deyerler.org/ Oxşar xəbərlər
|