Zilhiccənin doqquzuncu gecəsinin əməlləri
Mьəllif: admin1
Tarix: 20-08-2018, 21:56
Zilhiccənin doqquzuncu gecəsinin əməlləri
Zilhiccə ayının doqquzuncu gecəsi – mübarək gecələrdəndir və dua gecəsidir. Bu gecədə edilən tövbələr qəbul olar. Dualar yerinə yetər. Hər kəs bu gecəni ibadət halında keçirərsə, 170 ilin ibadətinin savabını qazanar. Bu gecə üçün xüsusi əməllər zikr edilmişdir:

Verilən bu zikri 1000 dəfə demək:
"سُبحانَ الذَی فی السماءِ عرشُهُ،
سُبحانَ الذَی فی الارضِ حُکمُهُ، سُبحانَ الذی فی القُبُور قَضاؤُهُ،
سبحان الذی فی البَحرِسَبیلُهُ، سبحان الذی فی النارسُلطانُهُ، سبحان
الذی فی الجَنَّةِ رَحمَتُهُ، سبحان الذی فی القِیامَةِ عَدلُهُ، سبحان
الذی رَفَعَ السَّماءَ، سبحان الذی بَسَطَ الاَرضَ ، سبحان الذی لا
مَلجَاَ وَ لا مَنجا مِنهُ اِلاّ الیه".


“Subhanəlləzi fis-səmai ərşuh, subhanəlləzi fil-ərzi hukmuh, subhanəlləzi fil-quburi qəzauh, subhanəlləzi fil-bəhri səbiluh, subhanəlləzi fin-nari sultanuh, subhanəlləzi fil-cənnəti rəhmətuh, subhanəlləzi fil-qiyaməti ədluh, subhanəlləzi rəfəəs-səma, subhanəlləzi bəsətəl-ərz, subhanəlləzi la məlcəə və la mənca minhu illa iləyh”.

Tərcüməsi: «Müqəddəsdir o zat ki (yəni Allah), səmada Onun ərşi yerləşir, yerdə Onun hökmü hakimdir. Müqəddəsdir o zat ki, Onun qəzavü-qədəri qəbirlərdə həyata keçir, su Onun hökmü ilə yola dönür.

Müqəddəsdir o zat ki, alov (cəhənnəm) Ona tabedir, Onun mərhəməti cənnəti bürüyüb, qiyamətdə Onun ədaləti hökm sürür. Müqəddəsdir o zat ki, səmanı ucaltdı, yeri genişlətdi, Ondan başqa heç kimə sığınmaq və Onun hökmündən qaçıb Onun özündən başqa heç kimin himayəsində xilas olmaq mümkün deyil».

İmam Hüseyni (ə) ziyarət etmək.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031