Tövbənin fəlsəfəsi nədir?
Mьəllif: admin1
Tarix: 23-08-2022, 23:35
Tövbənin fəlsəfəsi nədir?
Tövbə - Allahın sonsuz rəhmət bulağıdır ki, günahkarların qəlbində ümid çırağını yandırmaq üçün axar. Bu yolla öz əməllərinə yenidən nəzər salıb, onu dəyərləndirməyi bacarsınlar.

Yaxşını pisdən ayırmağa qadir olmaq.

Həqiqi tövbə - insanın günahlarını azaldar, işlərinin sahmana düşməsinə səbəb olar. Hər bir insan ömrü boyu baş verən hadisələr qarşısında müəyyən reaksiyalar verdiyi üçün, bəzən kiçik və hətta böyük günahlar edə bilir.

Əgər Allah onun üçün islah yolunu qoymasaydı, insanın Allahdan ümidi kəsilər və aqibətinin ancaq cəhənnəm olduğunu düşənərdi. Öz-özünə deyərdi ki, bəs niyə ömrümün qalan hissəsində nəfsimin sözlərinə qulaq verməyim ki? Ona görə də özünü islah etməz və günah işlərini davam etdirərdi.

Ancaq Allah tövbə qapısını açıq qoyaraq, bəndələrinə buyurur ki, keçmiş günahlarına görə peşman olub, Ona tərəf qayıda bilərlər.

Bəzən zindana düşənlərə deyirlər ki, əgər gözəl əxlaq nümayiş etdirsəniz, sizin həbs müddətiniziazalda bilərik. Bu insan ona görə özünün islahı ilə məşğul olar və gözəl əxlaqa sahib olmağa çalışar.

Tövbə də o cürdür. Günahkarlara ümid yaradır ki, keçmiş günahlarının əvəzini verə bilsinlər və onun yaratdığı fəsadları aradan qaldırmaq üçün xeyir işlərə meyil göstərsinlər. Belə olan halda insan daxili hüzura qovuşar və Allahdan ümidsiz olmaz.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031