Cümə gününün ən üstün əməli
Günahlarımızı yuyub aradan aparacağımız zamanlardan biri də cümə günüdür. Cümə günü Allahın şərəfli hesabetdiyi günlərdən biridir ki, bu gündə bəndələrin duaları qəbul olar və tövbə edənlərin əlləri boş qayıtmaz.
İmam Sadiq (ə) buyurur: “Cümə axşamında Peyğəmbər (s) və Ali-Peyğəmbərə (ə) salavat göndərmək min saleh əmələ bərabərdir və min günahı məhv edər. İnsanın məqamını min dərəcə qaldırar. Müstəhəbdir ki, cümə axşamı gününün əsrindən başlayaraq cümə gününün sonuna qədər Peyğəmbərə (s) çoxlu salavat göndərəsiniz”. Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Cümə axşamı gününün əsrində mələklər səmadan qızıl qələm və gümüş səhifə ilə yerə enərlər. Cümə axşamının əsrində, cümə axşamında və günəş batana qədər cümə günündə Peyğəmbər (s) və nəslinə salavatdan başqa bir şeyi yazmazlar”. İmam Kazım (ə) buyurur: “Ancaq o günü ki, (Həzrət) Məryəm (s.ə) (İsaya) hamilə oldu, cümə günü günəş batan zaman idi. O, həmin gündür ki, Ruhul-əmin yerə enmişdir. Müsəlmanlar üçün cümə günündən üstün bayram yoxdur. Allah və Muhəmməd (s) onu böyük hesab etmişdilər. Çünki Allah, Muhəmmədə (s) əmr etmişdir ki, həmin günü bayram qərar versin”. İmam Sadiq (ə) buyurur: “Cümə, müsəlmanların bayram günüdür. Bu bayram Fitr və Qurban (bayramından) üstündür. (Ancaq) Qədir-Xum günü bayramların ən üstünüdür ki, Zilhiccə ayının 18-də baş vermişdir”. Cümə günü yəvmul-məziddir, çünki həmin gündə Allah rəhmətini bəndələrinə qarşı çoxaldar. Bu günün ən üstün iki əməli. İmam Sadiq (ə) buyurur: “Cümə axşamında sədəqə vermək və həmçinin Peyğəmbərə (s) və Ali-Peyğəmbərə (ə) cümə axşamı və cümə günündə salavat göndərmək – min həsənəyə bərabərdir. Min günah onun vasitəsilə aradan gedər. İnsanın məqamı min dərəcə artar”. /Deyerler.org/ Oxşar xəbərlər
|