Qəbul olunmuş həcc
Əbdülcəbbar adlı bir nəfər mömin həccə getmək üçün hazırlaşır. Onun min dinar pulu var idi. Bir gün kasıbların yaşadığı bir küçədən keçirdi və pərişan halda olan bir qadını gördü ki, yerdə olan bir ölü toyuğu çadrasının altında gizlədib, getməyə başladı.
O, düşündü ki, mən gərək bu qadının halından xəbərdar olam. Onun ardınca gedir və qadın öz evinə gəlib çatır. Uşaqları onun ətrafında toplaşıb dedilər: “Ey ana! Bizim üçün nə gətirmisən? Axı, acından həlak oluruq!». Qadın dedi: “Bir toyuq gətirmişəm, indi sizin üçün bişirəcəyəm”. Əbdülcəbbar bu sözləri eşidən zaman ağlamağa başladı və o qadının qonşularından bu ailənin halı barəsində sorğu-sual etdi. Dedilər: “Bu qadın – Əli (ə) tərəfdarı olan Abdullah ibni Zeydin xanımıdır. Ərini Həccac (lən) öldürmüşdür və uşaqlarını yetim qoymuşdur”. Əbdülcəbbar öz-özünə düşündü: “Əgər həccə getmək istəyirsənsə, sənin həccin elə budur”. O, min dinar olan pul kisəsini çıxartdı və qadının evinə gedib, ona verdi. Özü həmin il Kufədə qaldı və su paylamaq ilə məşğul oldu. Hacılar geri qayıdırdılar və Kufəyə yaxınlaşırdılar. İnsanlar onları qarşılamaq üçün gedirdi. Əbdülcəbbar da onlarla birlikdə getdi. Karvana yaxınlaşan zaman karvanbaşı ona yaxınlaşdı və salam verib, dedi: “Ey, Hacı Əbdülcəbbar! O gün ki, Ərəfatda mənə min dinarı tapşırdın, o zamandan səni axtarıram”. Karvanbaşı min deyil, on min dinarı Əbdülcəbbara verib, gözdən itdi. Əbdülcəbbar bir səs eşitdi ki, deyirdi: “Ey Əbdülcəbbar! Bizim yolumuzda min dinarı infaq etmisən, Biz də əvəzində sənə on min dinar göndərdik. Sənin simanda olan bir mələk xəlq etdik ki, nə qədər ki, sağsan, sənin adından hər il həcci yerinə yetirəcəkdir. Bəndələrim üçün məlum olsun ki, heç bir yaxşı əməlin əziyyəti bizim dərgahımızda zay olmaz”. /Deyerler.org/ Oxşar xəbərlər
|