İnsan şeytanı (lən) nə zaman ağladır?
Mьəllif: admin1
Tarix: 26-08-2022, 21:14
İnsan şeytanı (lən) nə zaman ağladır?
Tarixə nəzər salsaq, görərik ki, Adəm övladının yerinə yetirdiyi bəzi əməllər həmişə şeytanı narahat etmiş, hətta ağlatmışdır da.

1. O zaman ki, Həzrət Adəm (ə) tövbə edir və Allah da tövbəsini qəbul edir, məlun şeytan ürəkdən elə bir nalə çəkir ki, yerlə göyün mələklərinin diqqətini çəkir və hamısı onu lənətləyir.

2. O gün ki, Həzrət Yusif (ə) Züleyxanın əlindən qaçır, şeytan ürəkdən nalə çəkir və mələklər səsini eşidib onu lənətləyirlər.

3. Qədir-Xumda Həzrət Peyğəmbər (s) Həzrət Əlini (ə) xəlifə elan edən zaman şeytan nalə çəkir və deyir: “İndi mən nə edim?! Çarəm yoxdur!”.

Övladlarını toplayıb deyir: “Bacardığınız qədər insanları şəkkə salın və Əli (ə) məhəbbətini ürəklərində elə artırın ki, onu tanrı hesab etsinlər ki, onun yolundan ayrılıb cəhənnəmlik olsunlar”.

4. Aşura günü min bir oyun çıxarır və İmamı (ə) şəhid edəndən sonra bütün şeytanlar (lən) şadlıq edirlər. Şeytan deyir: “Alahın xəlqini yolundan azdırdım və məqsədimə çatdım”.

O zaman ki, şeytan İmam Hüseyn (ə) ziyarətinin savab və məqamından agah olur, etdiklərindən peşman olur. Nalə çəkir və bütün mələklər onu lənətləyir. İnsanlar daha çox behiştə daxil olmağa başlayırlar.

5. O zaman ki, Həzrət Peyğəmbər (s) peyğəmbərliyə çatır, insanları nadanlıq və cəhalətdən xilas edir, şeytan nalə çəkib ağlayır.

6. O zaman ki, mübarək “Həmd” surəsi nazil olur. İblis fəryad çəkir və deyir: “Bu surə Adəm övladlarının bağışlanmağına səbəb olacaqdır”.

7. İmam Sadiq (ə) buyurur: “O zaman ki, insan Allah qarşısında səcdə edir və onu uzadır, şeytan narahatlıqdan fəryad çəkir. Bir kənara gedib ağlmağa başlayır və deyir:

“Vay olsun mənə! Bu Allah bəndəsi Ona necə itaət edir və Onun qarşısında torpağa düşür, halbuki, mən Ona günah etmişəm və Adəmə (ə) səcdə etməmişəm””.

8. Mömin möminlə görüşən zaman şeytan o qədər narahat olur ki, üzünə vurub əl və ayaqlarını yaralayar.

9. Sədəqə verən zaman. Həzrət Peyğəmbər (s) bir gün şeytandan soruşur: “Ey məlun! Niyə sədəqə verməyə mane olursan?”.

Deyir: “Ya Rəsulallah! Əgər mişarı mənim başıma qoysalar və bir ağac və çubuq kimi başımı mişarlasalar, mənim üçün insanların sədəqə verməsindən daha rahat olardı”.

Həzrət (s) soruşur: “Bəs sədəqə niyə səni narahat edir?”.

Deyir: “Sədəqə verməkdə beş xüsusiyyət vardır: malı çoxaldır, xəstələrə şəfa verir, bəlanı dəf edir, sədəqə verənlər Siratdan işıq sürəti ilə keçərlər, hesab vermədən behiştə daxil olarlar və onlar üçün əzab yoxdur”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah sənin əzabını çox etsin!”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031